Əsas vəzifələr
- Nasazlıqların Aşkar Edilməsi: Nəqliyyat vasitələrinin və avadanlıqların texniki baxışını keçirmək, nasazlıqları vaxtında müəyyən etmək.
- Təmir Qrafiklərinin Hazırlanması: Planlı təmir (profilaktik) və cari təmir işlərinin qrafiklərini tərtib etmək və icrasına nəzarət etmək.
- Sənədləşdirmə və Hesabatlılıq: Təmir-istismar ehtiyacları üçün material sərfi üzrə sənədləri işləyib hazırlamaq, smeta xərclərini hesablamaq və hesabatlar tərtib etmək.
- Tələb və Sorğuların İdarə Edilməsi: Strukturlardan daxil olan müraciətlər əsasında təmir işlərini təşkil etmək və çatışmazlıqları aradan qaldırmaq.
- Ehtiyat Hissələrinə Nəzarət: Təmir üçün zəruri olan ehtiyat hissələrinin sifarişi və anbar qalığına nəzarət etmək.
Tələblər
- 1–3 ilədək uyğun sahədə iş təcrübəsi;
- Dinamiklik, gərginliyə davamlılıq, ünsiyyət və təqdim etmə bacarığı;
- Rəhbərliyin verdiyi aidiyyəti tapşırıqların yerinə yetirilməsi;
- Komandada işləmə bacarığı.
İş şəraiti
- İş qrafiki: 6 günlük;
- Nahar yeməyi və servis avtobusu şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı: razılaşma yolu ilə;
- İş yeri: Sahil qəsəbəsinin yaxınlığı, Salyan şossesi, 32 km.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.