Vəzifə öhdəlikləri:
- Yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi;
- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi;
- Mövcud biznes proseslərin optimallaşdırılması;
- Biznes proseslər üzrə texniki sənədin hazırlanması;
- Sifarişçinin tələblərini, istəklərini və imkanlarını nəzərə alaraq, məlumat və proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri;
- İnformasiya sistemləri/proqram təminatının işləyib hazırlanmasına və təkmilləşdirilməsinə dair texniki təklif, texniki tapşırıq və digər analiz sənədlərin hazırlanması;
- Analiz zamanı yarana biləcək potensial risklərin müəyyən edilməsi;
- Proqram təminatında İT departamenti, sifarişçi və digər tərəfdaşlarla texniki məsələlərin müzakirəsi zamanı uyğunluğun təmin edilməsi.
Namizədə tələblər:
- Ali təhsil;
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- ServiceDesk və müvafiq diaqramların hazırlanması üzrə proqram təminatlarında iş təcrübəsi;
- Ödəmə sistemləri, BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri üzrə analitik qabiliyyətin olması;
- Web servis, API və arxitektura növü (Rest/Soap) üzrə biliklər;
- Sorğulama formatları (JSON / XML) barədə anlayış;
- Verilənlər bazasının sorğulanması üzrə biliklər;
- Ingilis və rus dilləri-B2
- Komanda ilə işləmə bacarığı.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00 – 18:00
Maraqlananlar CV-lərini “IT biznes analitik” başlığı altında Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.