Vəzifə öhdəlikləri:
- Müştəriyə texniki dəstək xidmətlərinin səmərəli şəkildə göstərilməsi, müştəriyə yerində yardım göstərilməsi;
- “Service Desk” vasitəsi ilə qeydiyyata alınan bütün sorğuların vaxtında cavablandırılması və həll olunması;
- Nəzarət-kassa aparatlarında proqram təminatlarının quraşdırılması, yüklənməsi və problemlərin aşkar olunaraq operativ şəkildə icra olunmasını təmin etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Microsoft Windows və Android əməliyyat sistemləri barəsində biliklər;
- Desktop, laptop və mobil cihazların şəbəkəyə qoşulma prinsipləri haqqında biliklər;
- Simsiz şəbəkə nöqtəsi barədə baza bilikləri;
- Kompyüter texnikası haqqında ümumi anlayış;
- Şəbəkə avadanlıqları haqqında ümumi anlayış;
- Nasazlıqların axtarışı üzrə bacarıqlar;
- Xidmət masası (Service Desk) ilə iş təcrübəsi;
- Microsoft Office proqramlarından istifadə təcrübəsi
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00 – 18:00
Maraqlananlar CV-lərini “Texniki dəstək üzrə kiçik mütəxəssis” başlığı altında elektron poçt ünvanına göndərə bilərlər.