Azad Agentlik komandasına Onlayn Əməkdaşlar axtarılır!
TikTok sahəsinə marağınız varsa, sərbəst qrafiklə işləmək və göstərdiyiniz nəticəyə uyğun gəlir əldə etmək istəyirsinizsə, komandamıza qoşulun!
Tələblər
- Ukrayna dilində sərbəst danışmaq — C2 səviyyəsi və ya Rus dilində sərbəst danışmaq — C2 səviyyəsi
- 18–35 yaş aralığında olmaq
- TikTok canlı yayımlarının iş prinsipi və funksiyaları haqqında məlumatlı olmaq
- TikTok və digər yayım platformalarına marağın olması
- Ünsiyyətcil və inandırıcı danışıq tərzinə sahib olmaq
- WhatsApp, TikTok və digər sosial şəbəkələrlə işləmə bacarığı
- Yaradıcılıq, məsuliyyət və təşəbbüskarlıq
- Kompüter və smartfonla sərbəst işləmə bacarığı
Vəzifələr
- TikTok-da canlı yayım açan yayımçıları agentliyə qoşulmağa dəvət etmək
- Agentliyin xidmətləri və üstünlükləri haqqında məlumat vermək
- Yayımçıların qeydiyyat prosesini izləmək və dəstək olmaq
- Dəvət etdiyiniz yayımçılarla daim əlaqədə qalmaq
- Yayımçıları motivasiya etmək və onların inkişafına dəstək olmaq
- Tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək
Təqdim etdiklərimiz
- Əməkhaqqı: Performans əsaslı ödəniş sistemi tətbiq olunur. Sabit maaş yoxdur. Gəlir yerinə yetirilən tapşırıqların sayı və əldə olunan nəticələrdən asılı olaraq formalaşır. Qazanc potensialı məhdud deyil. Ödəniş aylıq olaraq həyata keçirilir.
- Təlim: İşə başlamazdan əvvəl əməkdaşlara iş prinsipi, prosesin detalları və istifadə olunacaq üsullar ətraflı şəkildə izah olunur. Təlim və praktika ofis şəraitində keçirilir. Təlim müddəti təxminən 7–10 gündür.
İş qrafiki
- Tamamilə onlayn iş imkanı
- Sərbəst iş qrafiki
- İstənilən məkandan işləmək imkanı
- Gəlir əməkdaşın aktivliyindən və nəticələrindən asılı olaraq dəyişir
Maraqlanan namizədlər öz CV-lərini və ya özləri haqqında qısa məlumatı Müraciət et düyməsində göstərilən əlaqə vasitəsinə göndərə bilərlər.