Vəzifə öhdəlikləri:
- Mövcud müştəri bazası ilə çalışmaq.
- Mövcud müştəriləri ilə mütəmadi olaraq əlaqədə olmaq, yeni tələbləri nəzarət altında saxlamaq və tələbat yarandığı zaman təklifləri hazırlamaq.
- Yeni müştəriləri cəlb etmək, danışıqlar aparmaq, B2B görüşlərin keçirilməsi, tələbatların öyrənilməsi və təkliflərin hazırlanması.
- Danışılan nömrələrin bazaya əlavə edilməsi.
- Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması.
- Korporativ müştərilərlə əlaqələrin qurulması
- Müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
- İşgüzar yazışmaların həyata keçirilməsi
Tələblər:
- İş təcrubəsi:3 il
- Təlim sahəsində satış üzrə təcrübə;
- İnandırıcılıq və satış qabiliyyəti;
- MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl (İngilis və rus dili üstünlükdür);
- Komandada işləmə bacarığına malik olmaq;
- Diqqətli və dəqiq olmaq;
- İşgüzar və məsuliyyətli olmaq;
- Stressə davamlılıq.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri,Koroğlu metrosunun yanı
- İş rejimi: 5 gün/ 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00 – 14:00
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul
Qeyd: Tələblərə uyğun namizədlər mövzu hissəsinə “Korporativ satış meneceri” qeyd etməklə Müraciət Et düyməsində göstərilən e-mail adresinə öz CV-lərini göndərə bilərlər.