BOQ və Texniki Satınalma Mütəxəssisi (İnşaat sahəsi)

  • Истекает 25 июль 2026

Vəzifə haqqında ümumi məlumat:

BOQ və Texniki Satınalma Mütəxəssisi layihə çərçivəsində podratçı və subpodratçılar arasında razılaşdırılmış iş, xidmət və materialların BOQ-lar, qiymət razılaşmaları, müqavilə sənədləri və digər kommersiya-texniki sənədlər əsasında təhlilini həyata keçirir.

Vəzifənin əsas məqsədi təqdim olunmuş qiymətlərin bazar şərtlərinə, layihə büdcəsinə, texniki tələblərə və razılaşdırılmış iş həcmlərinə uyğunluğunu yoxlamaq, qiymətlərin əsaslılığını qiymətləndirmək və mümkün qiymət uyğunsuzluqlarını müəyyən etməkdir.

 

Vəzifə öhdəlikləri:

• BOQ-lar, qiymət razılaşmaları, müqavilə sənədləri və digər kommersiya-texniki sənədləri təhlil etmək;

• Podratçı və subpodratçılar arasında razılaşdırılmış iş, xidmət və materialların sənədlərdə düzgün əks olunmasını yoxlamaq;

• BOQ maddələri üzrə iş həcmlərini, vahid qiymətləri və ümumi məbləğləri audit etmək;

• Təqdim olunmuş qiymətlərin bazar qiymətləri və analoji layihələr üzrə göstəricilərlə müqayisəli təhlilini aparmaq;

• Tikinti materialları, xidmətlər və iş növləri üzrə mütəmadi bazar araşdırması həyata keçirmək;

• Qiymətlərin layihə büdcəsinə, texniki tələblərə və təsdiqlənmiş kommersiya şərtlərinə uyğunluğunu yoxlamaq;

• BOQ-larda təkrar, uyğunsuz və ya kommersiya baxımından əsaslandırılması tələb olunan maddələri müəyyən etmək;

• Qiymətlərin optimallaşdırılması imkanlarını araşdırmaq və rəhbərliyə əsaslandırılmış təkliflər təqdim etmək;

• Müqavilə və qiymət razılaşmalarında qeyd olunan iş həcmlərinin layihə ehtiyacları ilə uyğunluğunu təhlil etmək;

• Qiymət fərqləri, bazar qiymətlərindən kənarlaşmalar və potensial riskli maddələr üzrə hesabatlar hazırlamaq;

• Kommersiya, maliyyə və texniki komandalarla koordinasiyalı şəkildə işləmək;

• Aparılan təhlillər üzrə müqayisəli cədvəllər, analitik hesabatlar və rəy sənədləri hazırlamaq.

• İnşaat materiallarının texniki spesifikasiyalarını layihə sənədlərinə uyğun qiymətləndirmək bacarığı.

 

Tələblər:

• Ali təhsil — İnşaat, İqtisadiyyat, Menecment və ya digər aidiyyəti sahələr üzrə;

• Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;

• Təchizat bazarı və satınalma prosedurları haqqında biliklər;

• Layihə çertyojları və smeta sənədlərini oxumaq, təhlil etmək və satınalma prosesində tətbiq etmək bacarığı;

• Məsuliyyətli və detallara diqqətli olmalıdır;

• MS Office, həmçinin 1C proqramlarını bilməlidir;

• Azərbaycan dili zəruridir, rus və ya ingilis dillərini bilməsi üstünlükdür.

 

Əmək şəraiti:

• Pozitiv və dəstəkləyici iş mühiti;

• İş qrafiki: Bazar ertəsi – Cümə günü, 5 günlük iş həftəsi;

• İş vaxtı: 09:00–18:00;

• Könüllü tibbi sığorta;

• Əmək haqqı namizədin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “BOQ və Texniki Satınalma Mütəxəssisi” qeyd etməklə göndərmələri xahiş olunur.

  • Daily32
  • Weekly580
  • Monthly2649