Gözətçi

  • Истекает 27 сентябрь 2026

 

 

Vəzifə öhdəlikləri:

·      Obyektin təhlükəsizliyini təmin etmək, giriş-çıxışı nəzarətdə saxlamaq;

·      Əraziyə daxil olan şəxslərin və nəqliyyat vasitələrinin qeydiyyatını aparmaq;

·      Hadisə və ya qayda pozuntusu baş verdikdə operativ şəkildə rəhbərliyə məlumat vermək;

·      Video-müşahidə kameralarını izləmək və şübhəli halları qeydə almaq;

·      Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;

·      Fövqəladə hallarda təlimatlara uyğun hərəkət etmək;

·      Obyektdə baş verən hadisələr haqqında jurnal qeydiyyatını aparmaq;

·      Ziyarətçilərlə nəzakətli və peşəkar ünsiyyəti təmin etmək.

 

Tələblər:

  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
  • Növbəli iş rejimində işləmək bacarığı;
  • Fiziki cəhətdən sağlam və hərbi xidməti başa vurmuş olmalıdır;
  • Məsuliyyətli və diqqətli olmalıdır;
  • Azərbaycan dilini sərbəst bilmək.

 

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Növbəli iş rejimi
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Gözətçi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

 

  • Daily0
  • Weekly653
  • Monthly2406