Sahə topoqrafı

  • Истекает 7 ноябрь 2026

Vəzifə öhdəlikləri

·        Tikinti layihələrinin topoqrafik-geodeziya işlərini layihə sənədlərinə və texniki tələblərə uyğun təşkil və icra etmək;

·        Total Station, GNSS/GPS (RTK), nivelir və teodolit cihazlarından sərbəst istifadə etmək;

·        Layihə koordinatlarını və yüksəklik işarələrini təbiətə köçürmək (razbivka), o cümlədən yol oxları, bordyur xətləri, binalar, yarımstansiya və su anbarı sahələrinin koordinatlarını sahədə müəyyən etmək;

·        Ərazinin topoqrafik planalma işlərini aparmaq və relyefin xüsusiyyətlərini təhlil etmək;

·        Torpaq işlərinin həcmlərini hesablamaq, qazma-doldurma balansını müəyyən etmək, kəsik və profilləri hazırlamaq;

·        Vertikal planlaşdırma işarələrinə nəzarət etmək və təməl qatları, asfaltbeton və beton örtüklərin layihə yüksəkliklərinə uyğunluğunu yoxlamaq;

·        Mühəndis şəbəkələrinin, o cümlədən kabel, su və kommunikasiya qalereyalarının trassa, yamac və dərinlik ölçmələrini aparmaq;

·        Tikinti işləri üzrə icra ölçmələrini həyata keçirmək və as-built planlarının, icra sxemlərinin hazırlanması üçün zəruri məlumatları toplamaq;

·        Geodeziya dayaq şəbəkəsini və reperləri yaratmaq, onların qorunmasını təmin etmək və vaxtaşırı yoxlamalarını həyata keçirmək;

·        Ölçmə cihazlarının texniki vəziyyətinə nəzarət etmək, onların metroloji yoxlaması və kalibrlənməsinin vaxtında aparılmasını təmin etmək;

·        Layihə sənədlərini, o cümlədən baş planı, horizontal və vertikal planlaşdırma həllərini oxumaq və ölçmə nəticələrini layihə göstəriciləri ilə müqayisə etmək;

·        Tikinti sahəsində aparılan işlərin layihə koordinatlarına və yüksəklik göstəricilərinə uyğunluğunu operativ şəkildə yoxlamaq;

·        Aşkar edilmiş kənarlaşmalar barədə Tikinti Rəhbərini, Sahə və Texniki ofis mühəndislərini məlumatlandırmaq və zəruri ölçmə məlumatlarını təqdim etmək;

·        Sahə mühəndisləri, texniki ofis, subpodratçılar və digər aidiyyəti şəxslərlə geodeziya məsələləri üzrə koordinasiyalı işləmək.

 

Hesabat və sənədləşmə

·        Ölçmə nəticələrini müvafiq geodeziya jurnallarında və aktlarda düzgün və vaxtında qeyd etmək;

·        Gizli işlər aktlarının hazırlanması üçün tələb olunan icra ölçmələrini aparmaq və nəticələri təqdim etmək;

·        İcra planalma (as-built) məlumatlarını toplamaq, emal etmək və müvafiq icra sxemlərinin hazırlanmasına dəstək olmaq;

·        Gündəlik və həftəlik görülmüş iş həcmləri üzrə ölçmə məlumatlarını Tikinti Rəhbərinə, Sahə və Texniki ofis mühəndislərinə təqdim etmək;

·        Aparılmış ölçmələr, aşkar edilmiş kənarlaşmalar və görülmüş işlərin faktiki vəziyyəti üzrə hesabatların hazırlanmasında iştirak etmək.

 

Tələblər

·        Geodeziya, topoqrafiya, mühəndis-geodeziya, inşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;

·        Tikinti sahəsində topoqraf/geodeziya üzrə praktiki iş təcrübəsi;

·        Total Station, GNSS/GPS (RTK), nivelir və teodolit ilə sərbəst işləmək bacarığı;

·        Layihə koordinatlarının və yüksəklik işarələrinin təbiətə köçürülməsi (razbivka) üzrə praktiki təcrübə;

·        Topoqrafik planalma, relyef ölçmələri və torpaq işlərinin həcmlərinin hesablanması üzrə bilik;

·        Kəsik və profillərin hazırlanması, qazma-doldurma balansının müəyyən edilməsi üzrə bacarıq;

·        İcra planalma (as-built) və icra sxemlərinin hazırlanması üzrə anlayış;

·        Geodeziya dayaq şəbəkəsinin və reperlərin yaradılması və yoxlanılması üzrə bilik;

·        Layihə sənədlərini, baş planı, horizontal və vertikal planlaşdırma həllərini oxuma bacarığı;

·        AutoCAD və Civil 3D və ya analoji proqramlarda işləmək bacarığı;

·        MS Excel və ölçmə məlumatlarının emalı proqramları ilə işləmək bacarığı;

·        Geodeziya cihazlarının metroloji yoxlama və kalibrləmə tələbləri barədə anlayış;

·        Dəqiq, məsuliyyətli, operativ və komandada işləmək bacarığı.

 

İş şəraiti

·        Rəsmi əmək müqaviləsi;

·        Peşəkar inkişaf və iri layihələrdə iştirak imkanı;

·        Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən ediləcək);

·        İş qrafiki: Tam iş günü;

·        İş yeri: Bakı şəhəri.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sahə topoqrafı” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

 

  • Daily125
  • Weekly486
  • Monthly737