Vəzifə öhdəlikləri:
· Layihənin icra prosesində sahədə görülmüş fiziki işlərin maliyyə hesabatı aktlarının (Forma 2 və Forma 3) hazırlanıb, təsdiq edilməsi prosesinin təmin edilməsi;
· Sahədə podratçı təşkilatların görmüş olduğu fiziki işlərin maliyyə hesabatı aktlarının (Forma 2 və Forma 3) təsdiqlənmiş smeta sənədləri üzrə uyğunluğunu yoxlayıb, reyestrin aparılması;
· Sahənin işlərin yerinə yetirilməsi üçün lazım olan bütün sənəd və materiallarla təmin edilməsi;
· Tikinti üzrə sənədləşmənin qiymətləndirilməsinin hazırlanması və ərazi üçün lazımı iş metodologiyasının hazırlanıb tətbiq edilməsi;
· Gündəlik işlərin görülməsi ardıcıllığının icrası və sahə ilə əlaqələndirilməsi;
· Subpodratçılarla mütəmadi olaraq əlaqə saxlamaq və subpodratçıya aid işlərə dair iş tələbinin hazırlanmasına kömək etmək;
· Subpodratçılardan alınan təkliflərin texniki və kommersiya üzrə müqayisəsini təhlil etmək və ödəniş sənədləri də daxil olmaqla subpodrat işlərini izləmək;
· Bütün tələb olunan daimi materiallar üçün tələb sənədlərini hazırlamaq, materialların təminatı və təsdiq prosesini izləmək;
· Tikintinin icrası zamanı problemlərin həll edilməsi üçün təkliflərin verilməsi, proseslər arasında ziddiyyət yarandıqda bu barədə lazımı şəxslərə məlumat vermək;
· İş zamanı məsuliyyətli və dəqiq olmaq, mütəmadi rəhbərliyə hesabat vermək;
· Texniki ofis üzrə siyasət və prosedurların həyata keçirilməsində iştirak etmək;
· Layihə üzrə müqavilə sənədləri ilə tanış olmaq (vaxt cədvəli, layihə dizayn çertyojları, BOQ və s.);
· Tikinti zamanı yarana biləcək hər hansı gözlənilməz texniki çətinliklərin və digər problemlərin həllində iştirak etmək/məlumat vermək;
· Layihənin sonunda yekun hesabatların hazırlanması və layihə rəhbərinə təhvil verilməsi.
Tələblər:
· Layihə sənədlərini (baş plan, kəsik və detallar) oxumaq və iş həcmlərini çertyojlar üzrə hesablamaq
· Smeta hesablamaları, iş həcmləri cədvəlləri və görülmüş işlərin aktlarının hazırlanması
· İcra sənədləri: gizli işlər aktları, keyfiyyət sənədləri, material sertifikatları və laboratoriya nəticələri
· Material və resurs uçotu, subpodratçıların hesabatlarının yoxlanılması
· Azərbaycan Respublikasının tikinti normativ sənədlərini (ŞNQ) bilmək bacarığı.
· Geodeziya və vertikal planlaşdırma məlumatlarını başa düşmək, ölçmə nəticələrinin layihə ilə uyğunluğunu yoxlamaq
· AutoCAD (həcmlərin çıxarılması üçün), MS Excel (əsas səviyyədən yuxarı), MS Word, MS Project (üstünlükdür)
· İnşaat Mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
· Müvafiq sahə üzrə 5+ il sahə təcrübəsi;
İş şəraiti
- Rəsmi əmək müqaviləsi;
- Peşəkar inkişaf və iri layihələrdə iştirak imkanı;
- Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən ediləcək);
- İş qrafiki: Tam iş günü;
- İş yeri: Bakı şəhəri.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Texniki ofis mühəndisi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.