Vəzifə öhdəlikləri:
· Tikinti sahəsində materialların və avadanlıqların qəbulu, daşınması və müvafiq yerlərə yerləşdirilməsi;
· Yükləmə, boşaltma və digər fiziki işlərin yerinə yetirilməsi;
· Tikinti materiallarının materialların düzgün və təhlükəsiz saxlanılmasının təmin edilməsi;
· Qırıq, zədələnmiş və ya artıq istifadə müddəti keçmiş materiallar barədə rəhbərliyin məlumatlandırılması;
· Tikinti prosesində ustalara və digər əməkdaşlara dəstək göstərilməsi;
· Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi;
· Tikinti sahəsində səliqə və təmizliyin təmin edilməsi;
· Vəzifəsinə aid digər funksiyalarının yerinə yetirilməsi.
Tələblər:
· Orta təhsil;
· Azərbaycan dilini bilməsi zəruridir;
· Tikinti sahəsində iş təcrübəsi;
· Fiziki cəhətdən sağlam və çevik olmalı;
· Məsuliyyətli və komandada işləmə bacarığı.
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş yeri: Bakı
- İş qrafiki: Bazar ertəsi – Şənbə (6 gün)
- Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Fəhlə” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.