Fəhlə
Vəzifə öhdəlikləri:
· Tikinti materiallarının və alətlərinin qəbulu, boşaldılması və anbara düzgün şəkildə yerləşdirilməsi;
· Daşıma və yükləmə işlərinin görülməsi;
· Anbarda materialların düzgün və təhlükəsiz saxlanılmasının təmin edilməsi;
· Qırıq, zədələnmiş və ya artıq istifadə müddəti keçmiş materiallar barədə rəhbərliyin məlumatlandırılması;
· Anbarda səliqə və təmizliyin təmin edilməsi;
· Vəzifəsinə aid digər funksiyalarının yerinə yetirilməsi.
Tələblər:
· Fiziki cəhətdən sağlam və çevik olmalı;
· Azərbaycan dilini bilməsi zəruridir;
· Tikinti sahəsində və ya anbarda iş təcrübəsi;
· Qaradağ rayonu ərazisində yaşayan namizədlərə üstünlük verilir
· Məsuliyyətli və komandada işləmə bacarığı
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş yeri: Qaradağ rayonu
- İş qrafiki: Bazar ertəsi – Şənbə (6 gün)
- Əmək haqqı: 800 AZN
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Fəhlə (anbar)” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.