Vəzifə öhdəlikləri:
· Obyektin təhlükəsizliyini təmin etmək, giriş-çıxışı nəzarətdə saxlamaq;
· Əraziyə daxil olan şəxslərin və nəqliyyat vasitələrinin qeydiyyatını aparmaq;
· Hadisə və ya qayda pozuntusu baş verdikdə operativ şəkildə rəhbərliyə məlumat vermək;
· Video-müşahidə kameralarını izləmək və şübhəli halları qeydə almaq;
· Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
· Fövqəladə hallarda təlimatlara uyğun hərəkət etmək;
· Obyektdə baş verən hadisələr haqqında jurnal qeydiyyatını aparmaq;
· Ziyarətçilərlə nəzakətli və peşəkar ünsiyyəti təmin etmək.
Tələblər:
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
- Növbəli iş rejimində işləmək bacarığı;
- Fiziki cəhətdən sağlam və hərbi xidməti başa vurmuş olmalıdır;
- Məsuliyyətli və diqqətli olmalıdır;
- Azərbaycan dilini sərbəst bilmək.
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş qrafiki: Növbəli iş rejimi
- Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Gözətçi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.