Vəzifə öhdəlikləri:
- Tikintinin hər mərhələsində prosesin keyfiyyətinə nəzarət etmək, standartlara uyğunluğunu yoxlamaq
- Xətalı, səhv prosesləri minimuma endirmək üçün lazimi tədbirləri görmək, vaxtında aidiyyatı bölümləri məlumatlandırmaq
- Müəyyən edilmiş uyğunsuzluqları aradan qaldırmaqla bağlı tapşırıqlar vermək, təkrar yoxlamalar etmək prosesi nəzarətdə saxlamaq
- Layihə çərçivəsində prosesin layihəyə uyğunluğunu yoxlamaq, müvafiq sənədlərin hazırlamaq
- Müayinə və test planlarını hazırlanması, tətbiqi və prosesin izlənməsi
- Layihədə aşkar edilmiş uyğunsuzluğları, onun səbəblərinin uçotunun aparılması
- Qüsurlu iş və ya materialların düzəldilməsinin və ya dəyişdirilməsinin tələb edilməsi
- Keyfiyyətə Nəzarət Planının hazırlanması
- Keyfiyyətə Nəzarət proseduralarının tətbiq edilməsi
- MAR, NFI, MS, İTP, Checklist, Test Report, Təhvil-təslim sənədlərini hazırlanması
- NCR, CAR hesabatlarının hazırlanması və həyata keçirməsi
- Fəaliyyəti ile bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi.
Tələblər:
- Mühəndislik ixtisası üzrə ali təhsil
- Tikintidə Keyfiyyətə nəzarət sahəsində beynəlxalq layihələrdə, xüsusilə fit out (incə işlər) işlərində minimum 4-5 il iş təcrübəsi
- Kompüter bacarıqları: MS Office proqramları
- İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır;
- Keyfiyyətə nəzarət prosedurları və standartları üzrə biliklər
İş şərtləri:
- İş qrafiki: Tam iş günü (6 gün)
- İş yeri (Şuşa şəhəri)
- Könüllü tibbi sığorta
- Yaşayış yeri və gündə 3 dəfə qidalanma təmini
- Əmək haqqı: Rəqabətə davamlı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə KN üzrə mühəndis” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.