AZCD Group QSC AZCD Group QSC
  • 151

KT/KN (QA/QC) üzrə sənədlərə nəzarət mütəxəssisi

KT/KN (QA/QC) üzrə sənədlərə nəzarət mütəxəssisi

  • Deadline 8 October 2026

Struktur bölmə: Keyfiyyətin təminatı və keyfiyyətə nəzarət şöbəsi

 

Vəzifənin əsas məqsədi:

Layihələr üzrə QA/QC sənədlərinin hazırlanmasını, qeydiyyatını, aidiyyəti şəxslərə göndərilməsini və icra statusunun izlənilməsini təmin etmək, həmçinin sahələrdə həyata keçirilən işlərin, yoxlamaların və sınaqların sənədləşdirilməsinə dəstək göstərmək.

 

Vəzifə öhdəlikləri:

Podratçı şirkətlərdən gündəlik və həftəlik iş qrafiki məlumatlarının toplanması və təhlil üçün təqdim edilməsi;

Layihə üzrə texniki sorğuların, RFI sənədlərinin və digər QA/QC yazışmalarının hazırlanması;

Gün ərzində həyata keçiriləcək işlər üzrə yoxlama bildirişlərinin hazırlanması və aidiyyəti şəxslərə göndərilməsi;

Sahədə görülmüş işlərin, aparılmış yoxlamaların və sınaqların aktlaşdırılmasının təmin edilməsi;

Yoxlama və Sınaq Planları (ITP) üzrə icra vəziyyətinin qeydiyyatının aparılması;

Aşkar edilmiş uyğunsuzluqların qeydiyyata alınması və bağlanma statusunun izlənilməsi;

Tikinti sahəsinə gətirilən materialların sertifikat, sınaq protokolu və digər müşayiətedici sənədlərinin yoxlanılması və təsdiqə hazırlanması;

Təsdiqlənmiş material sənədlərinin və görülmüş işlərə aid keyfiyyət qeydlərinin sistemləşdirilməsi;

İcra olunmuş işlərin son vəziyyətini əks etdirən sənədlərin (as-built sənədlərin) toplanması və arxivləşdirilməsi;

QA/QC sənədlərinin elektron və kağız daşıyıcılarda düzgün qeydiyyatının və arxivləşdirilməsinin təmin edilməsi;

Sənədlərin təqdimetmə, baxılma, təsdiq və bağlanma statuslarının izlənilməsi;

Həftəlik və aylıq sənəd statusu hesabatlarının hazırlanması.

 

Namizədə tələblər:

Ali təhsil (inşaat mühəndisliyi və ya digər texniki ixtisas üzrə təhsil üstünlükdür);

Tikinti sahəsində sənədləşmə, QA/QC və ya Document Control üzrə minimum 2 il iş təcrübəsi;

RFI, ITP, yoxlama bildirişləri, material təsdiq sənədləri, sınaq protokolları və uyğunsuzluq hesabatları barədə anlayış;

MS Office, xüsusilə Word və Excel proqramlarında yaxşı işləmək bacarığı;

Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;

İngilis və ya rus dilini bilməsi üstünlükdür;

Texniki sənədlərlə diqqətli və sistemli işləmək bacarığı;

Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı.

 

Əmək şəraiti:

Pozitiv və dəstəkləyici iş mühiti

İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)

İş vaxtı: 09:00-18:00

İş yeri: ofis və layihə sahələri;

Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

 

  • Daily0
  • Weekly363
  • Monthly844