Əsas vəzifə və öhdəliklər
- Layihə üzrə podratçıdan və layihə komandasından daxil olan məlumat və sənədlərin toplanması, emalı və sistemləşdirilməsi
- Sənədlərin qeydiyyatının aparılması və strukturlaşdırılmış şəkildə saxlanılması
- Daxil olan məlumatların ilkin yoxlanılması (tamlıq və uyğunluq baxımından)
- Sənədlərin baxış və təsdiq prosesinin izlənilməsi, idarəetmə paneli və vizuallaşdırmaların qurulması
- Müxtəlif mənbələrdən gələn məlumatların vahid hesabat formasında birləşdirilməsi
- Təsdiqlənmiş məlumatlar əsasında aylıq hesabatların hazırlanması
- Məlumatlarda uyğunsuzluqların və çatışmazlıqların aşkar edilməsi
- Hesabatların təhlili zamanı risklərin və potensial problemlərin müəyyən olunması
- Layihə göstəricilərində qeyri-adi halların aşkar edilərək rəhbərliyə çatdırılması
- Layihə daxilindəki işçi heyəti ilə əlaqə saxlayaraq çatışmayan məlumatların dəqiqləşdirilməsi
- Hesabat və məlumat axını proseslərinin təkmilləşdirilməsinə dəstək
Tələblər
- Ali təhsil (İnşaat, Maliyyə, Menecment və ya digər aidiyyatı sahələr üzrə);
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Detallara yüksək diqqət
- Analitik düşünmə qabiliyyəti
- Excel bilikləri (orta səviyyə və ya yuxarı)
- Böyük həcmli məlumat və sənədlərlə işləmə bacarığı
- Təşkilatçılıq bacarığı
- Ünsiyyət bacarıqları
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- Könüllü tibbi sığorta
- Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Məlumatların Təhlili üzrə Mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.