Vəzifə öhdəlikləri
· Layihə sənədlərini, o cümlədən baş plan, kəsiklər, detallar və işçi çertyojları oxumaq və tikinti işlərinin layihə tələblərinə uyğun icrasına nəzarət etmək;
· Tikinti sahəsində torpaq işlərinin və vertikal planlaşdırmanın icrasını təşkil və nəzarət etmək: qazma-doldurma, qruntun döyəclənməsi, kotlovan və xəndək işləri;
· Yol və səki örtüklərinin tikintisinə nəzarət etmək: təməl qatlarının (şeben-qum qarışığı, karbonat və s.) hazırlanması, asfaltbeton və beton tavacıq örtüklərinin döşənməsi, bordyurların quraşdırılması;
· Beton və dəmir-beton işlərinin icrasına nəzarət etmək: qəlib, armatur və betonlama işlərinin layihə və texniki tələblərə uyğun yerinə yetirilməsini təmin etmək;
· Beton işlərinin keyfiyyətinə, istifadə olunan materialların texniki tələblərə uyğunluğuna və işlərin düzgün texnologiya ilə aparılmasına nəzarət etmək;
· Mühəndis şəbəkələrinin, o cümlədən su, kanalizasiya, kabel xətləri və kommunikasiya qalereyalarının tikintisinə nəzarət etmək;
· Su anbarlarının və digər yeraltı/yerüstü mühəndis qurğularının tikinti işlərinin layihəyə uyğun icrasını təmin etmək;
· Geodeziya ölçmələrini həyata keçirmək, nivelir, teodolit və total station kimi ölçü alətlərindən istifadə etmək;
· Geodeziya ölçmə nəticələrini layihə göstəriciləri ilə müqayisə etmək, kənarlaşmaları müəyyənləşdirmək və zəruri hallarda aidiyyəti şəxslərlə koordinasiya etmək;
· Subpodratçıların, ustaların və sahə işçilərinin fəaliyyətini koordinasiya etmək, görülən işlərin keyfiyyətinə və layihə qrafikinə uyğunluğuna nəzarət etmək;
· Görülmüş işlərin həcmlərini yoxlamaq, faktiki icra ilə layihə və iş həcmlərini müqayisə etmək;
· Gündəlik və həftəlik görülən işlər üzrə icra hesabatları hazırlamaq və layihə rəhbərliyinə təqdim etmək;
· Gizli işlər aktlarının və digər icra sənədlərinin hazırlanması üçün texniki ofislə koordinasiyalı işləmək;
· Tikinti norma və qaydalarına, texniki standartlara, layihə tələblərinə və keyfiyyət prosedurlarına riayət olunmasına nəzarət etmək;
· Sahədə yaranan texniki məsələləri operativ şəkildə müəyyən etmək və onların həlli üçün layihə rəhbərliyi və aidiyyəti struktur bölmələri ilə əməkdaşlıq etmək;
· Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək;
· Layihənin vaxtında, keyfiyyətli və texniki tələblərə uyğun tamamlanması üçün digər struktur bölmələri və subpodratçılarla sıx əməkdaşlıq etmək.
Tələblər
· İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
· Sahə mühəndisi vəzifəsində, xüsusilə yol, torpaq işləri, beton/dəmir-beton və mühəndis şəbəkələri üzrə iş təcrübəsi;
· Layihə sənədlərini, baş planı, kəsikləri və texniki detalları oxuma bacarığı;
· Torpaq, yol, beton və dəmir-beton işlərinin icra texnologiyası üzrə praktiki bilik;
· Mühəndis şəbəkələrinin tikintisi üzrə anlayış və sahə təcrübəsi;
· Nivelir, teodolit və total station kimi geodeziya alətləri ilə işləmək bacarığı;
· Tikinti norma və standartları barədə bilik;
· Görülmüş işlərin həcmlərinin yoxlanılması və icra sənədlərinin hazırlanması üzrə anlayış;
· AutoCAD proqramında çertyojları oxuma bacarığı;
· MS Excel və MS Word proqramlarında işləmək bacarığı;
· Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
· Komandada işləmək və sahədə müxtəlif tərəflərlə effektiv ünsiyyət qurmaq bacarığı.
İş şəraiti
· Rəsmi əmək müqaviləsi;
· Peşəkar inkişaf və iri tikinti layihələrində iştirak imkanı;
· Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən ediləcək);
· İş qrafiki: Tam iş günü;
· İş yeri: Bakı şəhəri.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sahə mühəndisi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.