Vəzifə öhdəlikləri
· Tikinti layihələrinin topoqrafik-geodeziya işlərini layihə sənədlərinə və texniki tələblərə uyğun təşkil və icra etmək;
· Total Station, GNSS/GPS (RTK), nivelir və teodolit cihazlarından sərbəst istifadə etmək;
· Layihə koordinatlarını və yüksəklik işarələrini təbiətə köçürmək (razbivka), o cümlədən yol oxları, bordyur xətləri, binalar, yarımstansiya və su anbarı sahələrinin koordinatlarını sahədə müəyyən etmək;
· Ərazinin topoqrafik planalma işlərini aparmaq və relyefin xüsusiyyətlərini təhlil etmək;
· Torpaq işlərinin həcmlərini hesablamaq, qazma-doldurma balansını müəyyən etmək, kəsik və profilləri hazırlamaq;
· Vertikal planlaşdırma işarələrinə nəzarət etmək və təməl qatları, asfaltbeton və beton örtüklərin layihə yüksəkliklərinə uyğunluğunu yoxlamaq;
· Mühəndis şəbəkələrinin, o cümlədən kabel, su və kommunikasiya qalereyalarının trassa, yamac və dərinlik ölçmələrini aparmaq;
· Tikinti işləri üzrə icra ölçmələrini həyata keçirmək və as-built planlarının, icra sxemlərinin hazırlanması üçün zəruri məlumatları toplamaq;
· Geodeziya dayaq şəbəkəsini və reperləri yaratmaq, onların qorunmasını təmin etmək və vaxtaşırı yoxlamalarını həyata keçirmək;
· Ölçmə cihazlarının texniki vəziyyətinə nəzarət etmək, onların metroloji yoxlaması və kalibrlənməsinin vaxtında aparılmasını təmin etmək;
· Layihə sənədlərini, o cümlədən baş planı, horizontal və vertikal planlaşdırma həllərini oxumaq və ölçmə nəticələrini layihə göstəriciləri ilə müqayisə etmək;
· Tikinti sahəsində aparılan işlərin layihə koordinatlarına və yüksəklik göstəricilərinə uyğunluğunu operativ şəkildə yoxlamaq;
· Aşkar edilmiş kənarlaşmalar barədə Tikinti Rəhbərini, Sahə və Texniki ofis mühəndislərini məlumatlandırmaq və zəruri ölçmə məlumatlarını təqdim etmək;
· Sahə mühəndisləri, texniki ofis, subpodratçılar və digər aidiyyəti şəxslərlə geodeziya məsələləri üzrə koordinasiyalı işləmək.
Hesabat və sənədləşmə
· Ölçmə nəticələrini müvafiq geodeziya jurnallarında və aktlarda düzgün və vaxtında qeyd etmək;
· Gizli işlər aktlarının hazırlanması üçün tələb olunan icra ölçmələrini aparmaq və nəticələri təqdim etmək;
· İcra planalma (as-built) məlumatlarını toplamaq, emal etmək və müvafiq icra sxemlərinin hazırlanmasına dəstək olmaq;
· Gündəlik və həftəlik görülmüş iş həcmləri üzrə ölçmə məlumatlarını Tikinti Rəhbərinə, Sahə və Texniki ofis mühəndislərinə təqdim etmək;
· Aparılmış ölçmələr, aşkar edilmiş kənarlaşmalar və görülmüş işlərin faktiki vəziyyəti üzrə hesabatların hazırlanmasında iştirak etmək.
Tələblər
· Geodeziya, topoqrafiya, mühəndis-geodeziya, inşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;
· Tikinti sahəsində topoqraf/geodeziya üzrə praktiki iş təcrübəsi;
· Total Station, GNSS/GPS (RTK), nivelir və teodolit ilə sərbəst işləmək bacarığı;
· Layihə koordinatlarının və yüksəklik işarələrinin təbiətə köçürülməsi (razbivka) üzrə praktiki təcrübə;
· Topoqrafik planalma, relyef ölçmələri və torpaq işlərinin həcmlərinin hesablanması üzrə bilik;
· Kəsik və profillərin hazırlanması, qazma-doldurma balansının müəyyən edilməsi üzrə bacarıq;
· İcra planalma (as-built) və icra sxemlərinin hazırlanması üzrə anlayış;
· Geodeziya dayaq şəbəkəsinin və reperlərin yaradılması və yoxlanılması üzrə bilik;
· Layihə sənədlərini, baş planı, horizontal və vertikal planlaşdırma həllərini oxuma bacarığı;
· AutoCAD və Civil 3D və ya analoji proqramlarda işləmək bacarığı;
· MS Excel və ölçmə məlumatlarının emalı proqramları ilə işləmək bacarığı;
· Geodeziya cihazlarının metroloji yoxlama və kalibrləmə tələbləri barədə anlayış;
· Dəqiq, məsuliyyətli, operativ və komandada işləmək bacarığı.
İş şəraiti
· Rəsmi əmək müqaviləsi;
· Peşəkar inkişaf və iri layihələrdə iştirak imkanı;
· Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən ediləcək);
· İş qrafiki: Tam iş günü;
· İş yeri: Bakı şəhəri.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sahə topoqrafı” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.