İnşaat şirkəti ofis sürücüsü vəzifəsi üzrə əməkdaş axtarır.
Vəzifə öhdəlikləri:
- Tikinti sahələri və ofis arasında müxtəlif materialların, alətlərin və avadanlıqların daşınması;
- Təhkim olunmuş pikap avtomobilinin texniki vəziyyətinə nəzarət;
- Avtomobilin təmiz və saz vəziyyətdə saxlanılması;
- Yol hərəkəti qaydalarına əməl edilməsi.
Tələblər:
- B və C kateqoriyalı sürücülük vəsiqəsi;
- Pikap (pickup) tipli avtomobil idarəetmə təcrübəsi;
- Minimum 5 il iş təcrübəsi;
- Məsuliyyətli, intizamlı və etibarlı olmaq;
- Şəhər və ətraf əraziləri yaxşı tanımaq üstünlükdür.
Əmək şəraiti:
• Pozitiv və dəstəkləyici iş mühiti
• İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
• İş vaxtı: 09:00-18:00
• İş yeri: Bakı
• Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sürücü” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.