Sahə memarı

  • Deadline 7 November 2026

Vəzifə öhdəlikləri

·        Baş planı, memarlıq-planlaşdırma həllərini, işçi çertyojları və digər layihə sənədlərini oxumaq və tikinti işlərinin layihəyə uyğun icrasına nəzarət etmək;

·        Tikinti sahəsində memarlıq işlərinin təsdiq edilmiş layihə sənədlərinə, texniki spesifikasiyalara və işçi çertyojlarına uyğun yerinə yetirilməsini təmin etmək;

·        Layihədə nəzərdə tutulmuş binaların, o cümlədən nasosxana, su anbarları və digər tikililərin memarlıq həllərinin icrasına nəzarət etmək;

·        Yol, səki, bordyur, yaşıllıq, avtodayanacaq və digər abadlaşdırma elementlərinin layihəyə uyğun icrasını yoxlamaq;

·        Fasad, dam, daxili hazırlıq və tamamlama işlərinin layihə həllərinə uyğunluğuna nəzarət etmək;

·        Fasad, dam, daxili tamamlanma və digər memarlıq işlərində istifadə olunan material və texnologiyaların layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq;

·        Tikinti prosesində sahə şəraiti, texniki zərurət və ya material əvəzlənməsi ilə əlaqədar dəyişiklik tələb olunduqda, müvafiq memarlıq həllərinin operativ şəkildə hazırlanmasında iştirak etmək;

·        Layihədə edilən dəyişiklikləri layihəçi təşkilat və aidiyyəti tərəflərlə razılaşdırmaq və onların düzgün icrasına nəzarət etmək;

·        Memarlıq, konstruksiya və mühəndis şəbəkələri bölmələri arasında yarana biləcək uyğunsuzluqları və kolliziyaları müəyyən etmək, onların həlli üçün aidiyyəti şəxslərlə koordinasiya aparmaq;

·        Material nümunələrinin, rəng, faktura və digər memarlıq həllərinin sifarişçi ilə razılaşdırılması prosesində iştirak etmək;

·        Tikinti işlərinin keyfiyyətinə və memarlıq həllərinin layihəyə uyğun icrasına nəzarət etmək;

·        Subpodratçıların və sahə işçilərinin memarlıq işləri üzrə fəaliyyətini koordinasiya etmək və görülən işlərin icrasını nəzarətdə saxlamaq;

·        Azərbaycan Respublikasının şəhərsalma və tikinti normalarının, yanğın təhlükəsizliyi və əlçatanlıq tələblərinin layihə və tikinti işlərində nəzərə alınmasına nəzarət etmək;

·        Sahədə yaranan memarlıq və texniki məsələləri operativ şəkildə müəyyən etmək və onların həlli üçün Tikinti Rəhbəri, layihəçi təşkilat və digər aidiyyəti tərəflərlə koordinasiyalı işləmək.

 

Hesabat və sənədləşmə

·        Memarlıq işləri üzrə müəllif nəzarəti jurnallarında və müvafiq aktlarda qeydlərin aparılmasını təmin etmək;

·        Gizli işlər aktlarının və icra sənədlərinin hazırlanması üçün texniki ofislə əməkdaşlıq etmək;

·        Layihədə baş verən dəyişikliklər, aşkar edilmiş nöqsanlar və uyğunsuzluqlar üzrə hesabatlar hazırlamaq və Tikinti Rəhbərinə təqdim etmək;

·        Görülmüş işlərin layihə və texniki tələblərə uyğunluğu ilə bağlı müvafiq sənədləşmənin aparılmasında iştirak etmək;

·        Zəruri hallarda sahə baxışlarında, texniki iclaslarda və sifarişçi ilə keçirilən görüşlərdə iştirak etmək.

 

Tələblər

·        Memarlıq və ya müvafiq sahə üzrə ali təhsil;

·        Sahə memarı və ya oxşar vəzifədə tikinti sahəsində iş təcrübəsi;

·        Baş plan, memarlıq-planlaşdırma həlləri, kəsiklər, fasadlar, detallar və işçi çertyojları oxuma bacarığı;

·        Bina və qurğuların memarlıq həllərinin tikinti sahəsində tətbiqi və icrasına nəzarət üzrə praktiki bilik;

·        Fasad, dam, daxili tamamlama və abadlaşdırma işlərinin icra texnologiyaları üzrə anlayış;

·        Memarlıq, konstruksiya və mühəndis şəbəkələri arasında koordinasiya və kolliziyaların müəyyən edilməsi bacarığı;

·        Material, rəng və faktura həllərinin seçilməsi və razılaşdırılması prosesində təcrübə;

·        Azərbaycan Respublikasının şəhərsalma və tikinti normaları, yanğın təhlükəsizliyi və əlçatanlıq tələbləri barədə bilik;

·        AutoCAD proqramında sərbəst işləmək bacarığı;

·        Revit və ya ArchiCAD proqramlarında işləmək bacarığı üstünlükdür;

·        MS Office proqramlarında işləmək bacarığı;

·        Texniki sənədləşmə və hesabatların hazırlanması üzrə bacarıq;

·        Məsuliyyətli, diqqətli, operativ və komandada işləmək bacarığı.

 

İş şəraiti

·        Rəsmi əmək müqaviləsi;

·        Peşəkar inkişaf və iri layihələrdə iştirak imkanı;

·        Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən ediləcək);

·        İş qrafiki: Tam iş günü;

·        İş yeri: Bakı şəhəri.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sahə memarı” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

 

  • Daily121
  • Weekly482
  • Monthly733