Sahə mühəndisi

  • Deadline 7 November 2026

Vəzifə öhdəlikləri

·        Layihə sənədlərini, o cümlədən baş plan, kəsiklər, detallar və işçi çertyojları oxumaq və tikinti işlərinin layihə tələblərinə uyğun icrasına nəzarət etmək;

·        Tikinti sahəsində torpaq işlərinin və vertikal planlaşdırmanın icrasını təşkil və nəzarət etmək: qazma-doldurma, qruntun döyəclənməsi, kotlovan və xəndək işləri;

·        Yol və səki örtüklərinin tikintisinə nəzarət etmək: təməl qatlarının (şeben-qum qarışığı, karbonat və s.) hazırlanması, asfaltbeton və beton tavacıq örtüklərinin döşənməsi, bordyurların quraşdırılması;

·        Beton və dəmir-beton işlərinin icrasına nəzarət etmək: qəlib, armatur və betonlama işlərinin layihə və texniki tələblərə uyğun yerinə yetirilməsini təmin etmək;

·        Beton işlərinin keyfiyyətinə, istifadə olunan materialların texniki tələblərə uyğunluğuna və işlərin düzgün texnologiya ilə aparılmasına nəzarət etmək;

·        Mühəndis şəbəkələrinin, o cümlədən su, kanalizasiya, kabel xətləri və kommunikasiya qalereyalarının tikintisinə nəzarət etmək;

·        Su anbarlarının və digər yeraltı/yerüstü mühəndis qurğularının tikinti işlərinin layihəyə uyğun icrasını təmin etmək;

·        Geodeziya ölçmələrini həyata keçirmək, nivelir, teodolit və total station kimi ölçü alətlərindən istifadə etmək;

·        Geodeziya ölçmə nəticələrini layihə göstəriciləri ilə müqayisə etmək, kənarlaşmaları müəyyənləşdirmək və zəruri hallarda aidiyyəti şəxslərlə koordinasiya etmək;

·        Subpodratçıların, ustaların və sahə işçilərinin fəaliyyətini koordinasiya etmək, görülən işlərin keyfiyyətinə və layihə qrafikinə uyğunluğuna nəzarət etmək;

·        Görülmüş işlərin həcmlərini yoxlamaq, faktiki icra ilə layihə və iş həcmlərini müqayisə etmək;

·        Gündəlik və həftəlik görülən işlər üzrə icra hesabatları hazırlamaq və layihə rəhbərliyinə təqdim etmək;

·        Gizli işlər aktlarının və digər icra sənədlərinin hazırlanması üçün texniki ofislə koordinasiyalı işləmək;

·        Tikinti norma və qaydalarına, texniki standartlara, layihə tələblərinə və keyfiyyət prosedurlarına riayət olunmasına nəzarət etmək;

·        Sahədə yaranan texniki məsələləri operativ şəkildə müəyyən etmək və onların həlli üçün layihə rəhbərliyi və aidiyyəti struktur bölmələri ilə əməkdaşlıq etmək;

·        Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək;

·        Layihənin vaxtında, keyfiyyətli və texniki tələblərə uyğun tamamlanması üçün digər struktur bölmələri və subpodratçılarla sıx əməkdaşlıq etmək.

 

Tələblər

·        İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;

·        Sahə mühəndisi vəzifəsində, xüsusilə yol, torpaq işləri, beton/dəmir-beton və mühəndis şəbəkələri üzrə iş təcrübəsi;

·        Layihə sənədlərini, baş planı, kəsikləri və texniki detalları oxuma bacarığı;

·        Torpaq, yol, beton və dəmir-beton işlərinin icra texnologiyası üzrə praktiki bilik;

·        Mühəndis şəbəkələrinin tikintisi üzrə anlayış və sahə təcrübəsi;

·        Nivelir, teodolit və total station kimi geodeziya alətləri ilə işləmək bacarığı;

·        Tikinti norma və standartları barədə bilik;

·        Görülmüş işlərin həcmlərinin yoxlanılması və icra sənədlərinin hazırlanması üzrə anlayış;

·        AutoCAD proqramında çertyojları oxuma bacarığı;

·        MS Excel və MS Word proqramlarında işləmək bacarığı;

·        Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;

·        Komandada işləmək və sahədə müxtəlif tərəflərlə effektiv ünsiyyət qurmaq bacarığı.

 

İş şəraiti

·        Rəsmi əmək müqaviləsi;

·        Peşəkar inkişaf və iri tikinti layihələrində iştirak imkanı;

·        Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən ediləcək);

·        İş qrafiki: Tam iş günü;

·        İş yeri: Bakı şəhəri.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sahə mühəndisi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

 

  • Daily56
  • Weekly541
  • Monthly792