Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
- Ərazidəki işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
- İş yerində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
- SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
- İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
- İş şəraitində risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsi;
- Sahədə mütamadi yoxlamalar və müvafiq prosedurlar keçirmək;
- Əməyin təhlükəsizliyi istiqamətində şirkətdaxili tədrislər keçirmək;
- Keçirilmiş daxili yoxlamaları qeydə almaq və üzə çıxmış qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək;
- İşdə hadisələri qeydə almaq və göstəriciləri rəhbərliyə təqdim etmək;
- Avadanlıq və texnikanın təhlükəsiz işləməsinə və quraşdırılmasına nəzarət;
- Ərazidə Sağlamlıq və Əməyin Təhlükəsizliyi Sisteminin qurulması və işlək vəziyyətdə saxlanılması;
- SƏTƏM üzrə düzəldici və ya qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsinə nəzarət;
- Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;
Tələblər:
- Təhsil: Ali təhsil
- Təcrübə: SƏTƏM üzrə 5 il iş təcrübəsi (Tikinti sahəsində təcrübə üstünlükdür)
- Dil biliyi: İngilis dili yaxşı səviyyədə
İş şərtləri:
- İş qrafiki: Tam iş günü (6 gün);
- İş yeri -Daşkəsən rayonu
- Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin ediləcək
- Könüllü tibbi sığorta
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “SƏTƏM mütəxəssis” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.