AZCD Group QSC AZCD Group QSC
  • 2.3K

AZCD Group QSC

Construction

SƏTƏM üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

SƏTƏM üzrə mütəxəssis

  • Deadline 13 January 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri:  

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak
  • Binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması;
  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak
  • İşə qəbul olumnuş, o cümlədən müvəqqəti hər bir işçiyə və kənardan gələn hər bir şəxsə təhlükəsizliklə bağlı giriş təlimatının keçirilməsi və əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik göstərilməsi
  • Müvafiq qanunvericiliyin və müəssisənin tələblərinin işçilərin nəzərinə çatdırılması;
  • Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak
  • Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak
  • İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak
  • Maliyyə şöbəsinə əməyin mühafizəsinə və illik fəaliyyət planının hazırlanmasına xərclənəcək vəsaitlər üçün müraciət edilməsi;
  • Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi;
  • İşçilərin fövqəladə hal zamanı cavab hərəkətləri haqqında təlimat keçirilməsi;
  • Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi

Ümumi tələblər:

  • Ali təhsilli, Müvafiq sahə üzrə azı 5 il iş təcrübəsi; 
  • Dil bilikləri: Azərbaycan dili-səlis, İngilis dili-arzuolunandır
  • Kompüter bacarıqları: MS Office, Outlook.
  • Tikinti sahəsində SƏTƏM normalarına və risklərinə dair bilikləri; 
  • Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı;  
  • Ezamiyyətlərə açıq olmaq.

İş şərtləri:

  • İş qrafiki: I-V günlər, şənbə və bazar istirahət
  • İş saatı: 09:00-dan 18:00  
  • Könüllü tibbi sığorta 
  • Əmək haqqı: 2000 AZN

Yalnız tələblərə uyğun olan namizədlər CV-ni elektron poçt ünvanına “SƏTƏM mütəxəssisi” qeyd edərək yönləndirsin. Yalnız tələblərə uyğun namizədlər müsahibəyə dəvət ediləcək. 

  • Daily0
  • Weekly21
  • Monthly9