Təhsil və ixtisas:
• Ali texniki təhsil — İnşaat mühəndisliyi / Sənaye və Mülki tikinti ixtisası
• Layihələndirmə və smeta işi üzrə əlavə bilik üstünlükdür
• Beton, yol örtükləri və mühəndis şəbəkələri üzrə normativ sənədlərə (ŞNQ/SNiP) dərin bələdlik
İş təcrübəsi:
• Tikinti sahəsində Tikinti Rəhbəri / Site Manager kimi minimum 5–7 il təcrübə
• Sənaye/infrastruktur layihələrində (yol, ərazi abadlaşdırılması, mühəndis kommunikasiyaları) işləmiş olmaq
• Böyük həcmli (10+ ha) sahələrdə paralel iş cəbhələrinin idarə edilməsi təcrübəsi
Texniki bilik və bacarıqlar:
• Torpaq işləri və vertikal planlaşdırma (geodeziya əlaqəli işlər daxil olmaqla)
• Yol-səki örtükləri (asfaltbeton, beton tavacıqlar) tikinti texnologiyası
• Beton işləri üzrə keyfiyyətə nəzarət beton işləri üzrə inşa ediləcək hidrotexniki qurğular (nasosxanalar, su anbarları və’s) və binalar üçün iş metodologiasının hazırlığı və keyfiyyətə nəzarət.
• Mühəndis şəbəkələrinin tikintisinin təşkili və subpodratçılarla koordinasiya
• AutoCAD və layihə sənədləri ilə iş (Bütün DWG layihələrinin oxunması və tətbiq bacarığı)
İdarəetmə və digər tələblər:
• Əmək təhlükəsizliyi (HSE) normalarına ciddi riayət və tətbiq
• Subpodratçı komandaların əlaqələndirilməsi və resurs planlaması bacarığı
• Sifarişçi və layihə iştirakçıları ilə hesabatlılıq və kommunikasiya bacarığı
Əmək şəraiti:
• Pozitiv və dəstəkləyici iş mühiti
• Könüllü tibbi sığorta
• Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Tikinti Rəhbəri” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.