Ofis xadiməsi

  • Deadline 26 September 2026

Vəzifə öhdəlikləri:

• Ofis daxilində gündəlik təmizlik və səliqə işlərinin həyata keçirilməsi;

• İş otaqlarının, dəhlizlərin, mətbəx və sanitar qovşaqların təmiz saxlanılması;

• Ofis mebellərinin, avadanlıqlarının və digər əşyaların təmizliyinin təmin edilməsi;

• Təmizlik vasitələri və inventarlarının düzgün və səmərəli istifadəsi;

• Təmizlik vasitələrinin və digər zəruri ləvazimatların ehtiyatının nəzarətdə saxlanılması və çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi;

• Ofisdə əməkdaşlar və qonaqlar üçün səliqəli və rahat mühitin təmin edilməsi;

• Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi;

• Vəzifəsinə aid digər funksiyaların yerinə yetirilməsi.

 

Tələblər:

• Azərbaycan dilini bilməsi zəruridir;

• Ofis xadiməsi və ya analoji vəzifədə iş təcrübəsi arzuolunandır;

• Fiziki cəhətdən sağlam və çevik olmalı;

• Təmizliyə və səliqəyə diqqətli yanaşmalı;

• Məsuliyyətli, intizamlı və işinə ciddi yanaşan olmalı;

• Komandada işləmə bacarığı.

 

Əmək şəraiti:

• Pozitiv və dəstəkləyici iş mühiti;

• İş yeri: Bakı;

• İş qrafiki: Bazar ertəsi – Cümə (5 gün);

• Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Ofis xadiməsi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

  • Daily117
  • Weekly653
  • Monthly2406