Namizədə olan tələblər:
- Xanım namizəd
- Ali təhsil;
- Korporativ satış sahəsində minimum 1-3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili (arzuolunandır)
- Kompüter bilikləri (MS Office, Micro);
- Planlama bacarığı;
- Araşdırma bacarığı;
- Ünsiyyətcillik;
- Təqdimetmə bacarığı;
- Təmsiletmə bacarığı;
- Yaş-25-40
İş haqqında məlumat:
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması
- Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması
- Müştəri ilə təqdimatların keçirilməsi və təkliflərin verilməsi
- Rəqib şirkətlərin bazar payının öyrənilməsi, araşdırılması və analizin aparılması
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması.
- Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
- Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
- Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi
- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi
İş şəraiti:
- 6 günlük iş həftəsi;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
- Əmək haqqı razılaşma yolu ilə.
Vakansiyaya müraciət üçün CV-ləri “Korporativ satış mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.