Namizədə olan tələblər:
- Diqqətcillik,
- Hesablama qabiliyyəti,
- Ünsiyyətcillik,
- Analitik düşünmə qabiliyyəti
- MS Office kompüter proqramları biliyi.
- Yaş həddi: 20-35
- 1 C biliyi mütləqdir
İş haqqında məlumat:
- Mühasibat sənədlərinin hazırlanmasında, qeydiyyatında və arxivləşdirilməsində iştirak edir;
- Mühasib tərəfindən tapşırılan ilkin sənədlərin (qaimə, kassa sənədləri, hesab-faktura, müqavilə və s.) düzgünlüyünü yoxlayır və sistemə daxil edir;
- Kassa əməliyyatlarının və bank ödənişlərinin qeydiyyatında kömək edir;
- Əmək haqqı, ezamiyyə, məzuniyyət və digər ödənişlərin hesablanmasında mühasibə dəstək göstərir;
- Vergi və statistika hesabatlarının hazırlanmasında mühasibə yardım edir;
- Elektron qaimələrin yazılması və digər elektron mühasibat əməliyyatlarının sistemə daxil edilməsini icra edir;
- Banklar üzərindən köçürmə əməliyyatlarını icra edir;
- Şirkət daxili maliyyə sənədlərinin düzgün saxlanmasını təmin edir;
- Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirir.
İş şəraiti:
- 6 günlük iş həftəsi ;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
- Əmək haqqı: 600 – 700 AZN
Vakansiyaya müraciət üçün CV-ləri “Mühasib köməkçisi” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərməyiniz xahiş olunur.