A AZEA Group
  • 998

Satış Meneceri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Satış Meneceri

  • Истекает 27 январь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti:

  • İş Yeri: Bakı, Azərbaycan
  • İş Qrafiki: Tam iş günü (6 günlük iş qrafiki)
  • Maaş: Sabit əmək haqqı (600 AZN)+ bonus sistemi (müəyyən nəticələrə görə)

Vəzifə öhdəlikləri:

1. Satış strategiyasını icra etmək:

  • Şirkətin məhsul və xidmətlərinin təqdimatı və satışı.
  • Yeni müştərilərin cəlb olunması və mövcud müştəri bazasının genişləndirilməsi.

2. Müştəri münasibətlərinin idarə edilməsi:

  • Müştəri tələblərinin öyrənilməsi, ehtiyaclarına uyğun həllərin təklifi.
  • Müştəri məmnuniyyətinin artırılması üçün effektiv ünsiyyət və dəstək təmin etmək.

3. Ticarət əlaqələrinin inkişafı:

  • Potensial tərəfdaşlarla danışıqların aparılması və əməkdaşlıq müqavilələrinin bağlanması.
  • Rəqiblərin fəaliyyətini izləmək və bazar araşdırmalarını həyata keçirmək.

4. Satış hədəflərinin yerinə yetirilməsi:

  • Satış planlarının həyata keçirilməsi və aylıq satış hədəflərinin icrası.

5. Hesabatlılıq:

  • Satış göstəriciləri barədə mütəmadi olaraq rəhbərliyə hesabatların təqdim edilməsi.

Namizədə tələblər:

  • Təhsil: Ali təhsil (İqtisadiyyat, Biznes idarəçiliyi və ya uyğun sahə üzrə üstünlükdür).
  • Təcrübə: Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi (B2B və ya B2C satış təcrübəsi üstünlükdür).
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dili bilikləri arzuolunandır.
  • Kompyüter bilikləri: MS Office proqramları ilə sərbəst işləmə bacarığı.
  • Ünsiyyət bacarıqları: Yüksək kommunikasiya və inandırma qabiliyyəti.
  • Nəticəyə yönümlülük: Müştəriyönümlü yanaşma və satış hədəflərinə çatma əzmi.
  • Komanda işi: Komandada işləmə bacarığı və təşəbbüskarlıq.

Şirkətin təklifləri:

  • Rəqabətədavamlı əmək haqqı və satış nəticələrinə əsaslanan bonus sistemi.
  • Karyera inkişafı və peşəkar təlim imkanları.
  • Stabil və dinamik iş mühiti.

Müraciət üçün:

CV-nizi “Satış Meneceri” mövzusu ilə qeyd edilmiş e-poçt ünvanına göndərə bilərsiniz.

AZEA GROUP MMC peşəkar və məqsədyönlü namizədləri komandamıza qoşulmağa dəvət edir!

  • Daily0
  • Weekly39
  • Monthly27