Azeco Clean MMC Azeco Clean MMC
  • 405

Azeco Clean MMC

Other

Dezinfektor

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Dezinfektor

  • Deadline 25 January 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Bakterial və virus mənşəli risklərin aradan qaldırılması üçün sahələrin kimyəvi dezinfeksiyasını aparmaq.
  • Zərərli həşəratlara (hamamböcəyi, ağcaqanad, milçək, gənə və s.) qarşı kimyəvi və mexaniki mübarizə üsullarını həyata keçirmək.
  • Obyektlərdə bakteriya, virus, həşərat və gəmiricilərə qarşı dezinfeksiya, deratizasiya və dezinseksiya işlərini icra etmək.
  • İstifadə olunacaq kimyəvi məhlulları təlimatlara uyğun hazırlamaq və təhlükəsiz tətbiq etmək.
  • İş üçün tələb olunan iş geyimi və fərdi mühafizə vasitələrindən təlimatlandırmaya uyğun düzgün istifadə etmək.
  • İş sahəsini hazırlamaq, təhlükəsizlik və mühafizə tədbirlərini görmək və iş bitdikdən sonra sahəni təmizləmək.
  • Avadanlıq və cihazlardan düzgün, səmərəli və təhlükəsiz qaydada istifadə etmək.
  • Görülən işlə bağlı qısa qeydiyyat aparmaq, zəruri hesabatları təqdim etmək.
  • Ezamiyyə zamanı istifadə olunan materiallar, görülən iş və sərfiyyat barədə hesabat hazırlayıb təqdim etmək.

Namizədə dair tələblər:

  • 18 yaşından yuxarı olmaq.
  • Tam orta təhsil; sahə üzrə sertifikatın və ya tibb sahəsində təhsilin olması üstünlük təşkil edir.
  • Dezinfeksiya sahəsində minimum 2 – 3 il iş təcrübəsinə malik olmaq.
  • Kimyəvi maddələrin istifadəsi zamanı təhlükəsizlik qaydalarına riayət etmək
  • Kimyəvi maddələrin hazırlanması və qarışdırılması zamanı müvafiq təlimatlara ciddi şəkildə əməl etmək.
  • Püskürtmə, sis yayma, gel tətbiqi və digər aparat və avadanlıqlarla işləmək bacarığına malik olmaq.
  • Gigiyena və sanitariya normaları üzrə baza biliyinə sahib olmaq.
  • Komanda ilə işləmək
  • Verilən tapşırıqları vaxtında icra etmək

Təminatlar:

  • Nahar şirkət tərəfindən verilir;
  • İş qrafiki: 5 günlük;
  • Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
  • Əmək haqqı: Razılaşma əsasında.

Yuxarıda qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi “Dezinfektor” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

  • Daily2
  • Weekly351
  • Monthly2031