Azeco Clean MMC Azeco Clean MMC
  • 597

Azeco Clean MMC

Other

Sahə Rəisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sahə Rəisi

  • Deadline 23 January 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Bakı və Ələt ərazisi

Vəzifə öhdəlikləri:

  • Ümumi layihə ərazisində şirkət əməkdaşlarının gündəlik işlərinə nəzarətin həyata keçirilməsi;
  • İşçilərə iş öncəsi təlimatların verilməsi və tapşırıqların bölüşdürülməsi;
  • Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının təmin edilməsi;
  • Layihə üzrə Bakı şəhəri ərazisində yerləşən müxtəlif sahələrdə iş prosesinə nəzarətin təmin edilməsi;
  • Sahə üzrə vizual baxışın aparılması, nöqsanların operativ aradan qaldırılması;
  • Mal-material təminatına və düzgün istifadəsinə nəzarət edilməsi;
  • Gündəlik tabelin doldurulması və qısa hesabatların hazırlanması;
  • Fövqəladə hallarda iş prosesinə operativ reaksiya verilməsi və işçilərin fəaliyyətinin koordinasiyası.

Namizədə dair tələblər:

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Komanda idarəetmə bacarığı
  • Məsuliyyətli və operativ olmaq
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər (üstünlükdür)
  • Şəxsi avtomobilin olması (mütləqdir)

Təminatlar:

  • Nahar şirkət tərəfindən verilir;
  • İş qrafiki: 5 günlük;
  • Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
  • İş fəaliyyəti ilə bağlı yanacaq xərcləri şirkət tərəfindən ödənilir;
  • Əmək haqqı: Razılaşma əsasında.

Yuxarıda qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi “Sahə Rəisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

  • Daily0
  • Weekly762
  • Monthly784