Vəzifə öhdəlikləri:
- Təmizlik vasitələri, dezinfeksiya məhsulları, avadanlıqlar və digər materiallar üzrə satınalma prosesində iştirak;
- Təchizatçıların araşdırılmasında və qiymət təkliflərinin toplanmasında dəstək göstərmək;
- Qiymət müqayisələrinin hazırlanmasına köməklik etmək;
- Sifarişlərin yerləşdirilməsi və çatdırılma prosesinin izlənilməsi;
- Satınalma sənədlərinin (sifariş forması, hesab-faktura, təhvil-təslim aktı və s.) hazırlanmasına dəstək;
- Anbar və layihələrlə koordinasiya edərək material ehtiyaclarının müəyyən edilməsində iştirak;
- Stok səviyyələrinin izlənilməsinə kömək etmək;
- Kimyəvi məhsullar üzrə təhlükəsizlik sənədlərinin (MSDS və s.) toplanması və arxivləşdirilməsində iştirak;
- Aylıq satınalma hesabatlarının hazırlanmasına dəstək;
- Daxili prosedur və maliyyə qaydalarına riayət etmək.
Namizədə dair tələblər:
- Müvafiq sahə üzrə ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi və s. üstünlükdür);
- Satınalma sahəsində minimum 1 il iş təcrübəsi;
- MS Office (xüsusilə Excel) üzrə baza/yaxşı biliklər, 1C biliyi üstünlükdür;
- Analitik düşüncə, öyrənməyə açıqlıq;
- Məsuliyyətlilik, operativlik və detallara diqqət.
Təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- İş qrafiki: 5 günlük;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirilmə;
- Əmək haqqı: razılaşma əsasında.
Yuxarıda qeyd olunan tələblərə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi “Satınalma üzrə kiçik mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyinizi xahiş edirik.