Sistem administratoru

  • Истекает 30 октябрь 2026

 

“AzEduNet” MMC (Azərbaycan Təhsil Şəbəkəsi) ona həvalə edilmiş “2008-2013-cü illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın Fəaliyyət Planında nəzərdə tutulmuş təhsil sisteminin sürətli ölkə-daxili İntranet şəbəkəsinin yaradılması və təhsil müəssisələrinin mərkəzləşmiş şəklində İnternetə çıxışının təmin edilməsi üzrə vəzifələrin icrası“nı həyata keçirən Cəmiyyətdir.

 

Vəzifə: Sistem administratoru

Namizədə verilən tələblər:

  • Sistem inzibatçılığı sahəsində minimum 3 il praktiki iş təcrübəsi; 
  • Windows Server, Active Directory, Group Policy, DNS, DHCP və fayl xidmətlərinin gündəlik idarə olunması üzrə təcrübə; 
  • Microsoft 365 və Exchange Online xidmətlərinin inzibatçılığı, istifadəçi, lisenziya və qrup idarəetməsi üzrə praktiki bacarıqlar; 
  • Microsoft Entra ID-də istifadəçi, qrup, cihaz, MFA, autentifikasiya metodları və inzibati rolların idarə olunması üzrə təcrübə; 
  • Conditional Access nəticələrinin, sign-in loglarının və identifikasiya problemlərinin təhlili bacarığı; 
  • Entra Connect və ya Cloud Sync vasitəsilə lokal Active Directory ilə Entra ID sinxronizasiyası üzrə praktiki biliklər; 
  • Microsoft Intune-da cihaz qeydiyyatı, compliance və configuration siyasətləri, tətbiq təyinatları və cihaz əməliyyatlarının idarə olunması üzrə təcrübə; 
  • Windows Autopilot, Company Portal, Entra joined və Hybrid Entra joined cihazlarla iş bacarığı; 
  • VMware vSphere, Hyper-V, fiziki serverlər, storage və backup sistemlərinin gündəlik inzibatçılığı üzrə təcrübə; 
  • TCP/IP, VLAN, routing, VPN və firewall prinsipləri üzrə praktiki şəbəkə bilikləri; 
  • PowerShell vasitəsilə inzibati əməliyyatların, hesabatların və sadə avtomatlaşdırma işlərinin icrası təcrübəsi; 
  • On-premises, Microsoft 365 və hibrid (hybrid) mühitdə yaranan texniki problemlərin müstəqil şəkildə araşdırılması və həlli bacarığı;
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı, texniki ingilis dilində sənədlərlə işləmək qabiliyyəti;
  • Problemləri analiz etmə və operativ həll tapmaq bacarığı;
  • Komanda ilə işləmək və işə məsuliyyətli yanaşmaq.

Üstünlük hesab edilən bacarıqlar:

  • Exchange Server və Exchange Hybrid infrastrukturu ilə iş təcrübəsi; 
  • Intune Endpoint Security və Microsoft Defender for Endpoint üzrə biliklər; 
  • Microsoft Graph və PowerShell vasitəsilə avtomatlaşdırma təcrübəsi; 
  • Azure virtual maşınları, şəbəkə və monitorinq xidmətləri üzrə ilkin praktiki biliklər.

İş qrafiki: 5 günlük iş rejimi.

Əmək haqqı: Müsahibə zamanı müəyyən olunacaq.

Müraciət qaydası:

CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Sistem administratoru” yazmaqla göndərə bilərsiniz.

  • Daily106
  • Weekly580
  • Monthly216