“AzEduNet” MMC (Azərbaycan Təhsil Şəbəkəsi) ona həvalə edilmiş “2008-2013-cü illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın Fəaliyyət Planında nəzərdə tutulmuş təhsil sisteminin sürətli ölkə-daxili İntranet şəbəkəsinin yaradılması və təhsil müəssisələrinin mərkəzləşmiş şəklində İnternetə çıxışının təmin edilməsi üzrə vəzifələrin icrası“nı həyata keçirən Cəmiyyətdir.
“AzEduNet” MMC 2026-cı il üzrə Təcrübə Proqramı elan edir.
Təcrübə müddəti: May-iyul. Təcrübə müddətində “AzEduNet” MMC tərəfindən ödəniş edilir.
Təcrübə keçiriləcək Regionlar: Bakı, Sumqayıt, Şirvan, Şəki, Mingəçevir.
Proqrama qoşulmaq istəyənlər üçün əsas tələblər:
- Fundamental Kompüter bilikləri;
- Komandada işləmək bacarığı;
- Kommunikasıya bacarığı;
- Məsuliyyətlilik;
İş qrafiki: 6 günlük iş həftəsi (işin həcmindən asılı olaraq ay ərzində 5 günlük iş həftəsi də olur).
İş rejimi: 09:00-18:00
İstirahət günü: Bazar günü
Müraciət qaydası:
CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına, mövzu sahəsində - “Təcrübəçi” yazmaqla göndərə bilərsiniz.