AzEduNet MMC AzEduNet MMC
  • 211

Xidmət dəstəyi üzrə operator

  • Deadline 30 October 2026

 

“AzEduNet” MMC (Azərbaycan Təhsil Şəbəkəsi) ona həvalə edilmiş “2008-2013-cü illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın Fəaliyyət Planında nəzərdə tutulmuş təhsil sisteminin sürətli ölkə-daxili İntranet şəbəkəsinin yaradılması və təhsil müəssisələrinin mərkəzləşmiş şəklində İnternetə çıxışının təmin edilməsi üzrə vəzifələrin icrası“nı həyata keçirən Cəmiyyətdir.

 

Vəzifə: Xidmət dəstəyi üzrə operator

 

Vəzifə öhdəlikləri:

  •  İnsidentlər və xidmət üzrə sifarişlərinin qəbulu;
  • İş emalı üçün nəzərdə tutulmuş Əməliyyat Sisteminə (OTRS) daxil olan müraciətlərin qeydiyyatı;
  • İnsidentlərin birinci xətdə həlli və ya eskalasiyası;
  • Sistem monitorinqi (Nagios);
  • İnsident həllindən sonra abonent ilə əks əlaqənin yaradılması;
  • Abonent bazası (İronleg) sistemində sorğuya əsasən müvafiq dəyişikliklərin edilməsi;
  • Qeydiyyata alınmış müraciətlərin vaxtında həlli və ya lazımi struktur bölməsinə dərhal yönləndirilməsi;
  • Müraciətlərin həlli ilə bağlı lazım olduğu təqdirdə geridönüş zənglərinin yerinə yetirilməsi;
  • Xidmət səviyyəsinin ölçülməsi ilə monitorinq sistemlərində göstəricilərin izlənilməsi və lazım təqdirdə müvafiq struktur bölməsinə məlumat vermək;
  • Rəhbər tərəfindən verilən vəzifə icrası ilə bağlı digər işlər.

Namizədə verilən tələblər:

  • Ali təhsil;
  • ən azı 1 (bir) il eyni və ya oxşar vəzifədə iş stajı;
  • azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli;
  • nitqi aydın və səlis olmalı;
  • fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı;
  • müştərilərlə ünsiyyət qurma bacarığı;
  • məsuliyyətli, səbrli, stressə davamlı olmalı;
  • MS Office proqramlarını bilməli.

Yaş həddi: 30 yaşa qədər

İş qrafiki: I-V günlər, 09.00-18.00.

Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək.

Müraciət qaydası: CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Xidmət dəstəyi üzrə operator” yazmaqla göndərə bilərsiniz.

 

  • Daily14
  • Weekly608
  • Monthly250