“AZERA HOLDING” MMC tərkibindəki “KATAN TOXUMA ” MMC Anbardar vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Mal Qəbulu və Qeydiyyatı: Tekstil məhsullarının, xammalın və aksesuarların anbarda qəbulu və müvafiq sənədləşdirilməsinin aparılması.
- Anbarın Təşkili: Anbarda olan bütün məhsulların düzgün şəkildə çeşidlənməsi, sistematik qaydada saxlanması və onlara asan çıxışın təmin edilməsi.
- Mal Yerləşdirilməsi: Məhsulların müəyyən edilmiş sahələrdə yerləşdirilməsi, materialların tipinə və istifadəsinə uyğun anbar ərazisinin təşkil edilməsi.
- Stok İdarəetməsi: Anbarda olan məhsulların dəqiq uçotunun aparılması və stok vəziyyətinin daimi izlənməsi, əskikliklərin və artıq məhsulların vaxtında müəyyən edilməsi.
- Məhsulların İstehsalata Çıxışı: Məhsulların istehsalat prosesinə yönləndirilməsi üçün lazım olan xammalın və digər materialların istehsalat bölməsinə təhvil verilməsi.
- Anbar Hesabatlarının Hazırlanması: Stok vəziyyəti, məhsul qəbulu və çıxışı barədə aylıq və tələb olunduqda hesabatların hazırlanması (1C Proqramı üzərindən) və rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Ali təhsil/ Orta təhsil
- Müvafiq sahədə 2 il iş təcrübəsi;
- Azərbaycan dili ( Xarici dil arzuolunandır)
- MS Office proqramları, 1C ilə işləmə bacarığı;
- Punktual, stressə davamlı, məsuliyyətli, idarəetmə və komada ilə işləmə bacarığı
- Bəy namizədlərə üstünlük verilir.
İş şərtləri:
- Əmək haqqı: 800 AZN ( NETT)
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
- Ünvan: Bakı şəhəri, Buzovna, Zuğulba qəsəbəsi
Uyğun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə elektron poçt ünvanına göndərməniz xahiş edilir.