Vəzifə öhdəlikləri:
- Anbarlar üzrə hesabatlılığın yaradılması və icrası.
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərinə nəzarət etmək.
- Kurasiyasında olan anbarlarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsinə nəzarət etmək.
- Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək, istisnalar barədə dərhal rəhbərini məlumatlandırmaq.
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək.
- Daxili şirkətlərdə anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək.
- Aylıq anbar hesabatlarının və izahlı əlavələrin hazırlanması, düzgünlüyünü yoxlamaq və xidmətin rəhbərinə təqdim etmək.
- Anbar sayımlarının düzgünlüyünə nəzarət etmək;
Tələblər:
- Ali/ Orta ixtisas təhsili
- Müvafiq sahədə ən az 3 il iş təcrübəsi
- Azərbaycan dili səlis
- MC Office( MC Excel), 1C proqramı biliyi
- Dəqiq, məsuliyyətli, holding daxilində anbar heyətinin idarəolunması üzrə bacarıqlı, effektiv qərarvermə bacarığı
- Bəy namizədlərə üstünlük veriləcək
İş şərtləri:
- İş qrafiki: 5 günlük
- Əmək haqqı: 1500 AZN (NETT)
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
- Ünvan: Bakı şəh, Nəriman Nərimanov rayonu
Uyğun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə elektron poçt ünvanına göndərməniz xahiş edilir.