“AZERA Holding” MMC tərkibindəki “KRAUN KO -R” MMC-də Aparıcı Mühasib vakansiyasını elan edir.
İş haqqında məlumat:
- Mühasibat uçotunun beynəlxalq standartlara və yerli qanunvericiliyə uyğun tam və dəqiq aparılmasına dəstək göstərmək.
- Xüsusilə istehsalatın uçotu, maya dəyərinin (kalkulyasiyasının) hesablanması, xammal, hazır məhsul və əsas vəsaitlərin hərəkətinin uçotunu aparmaq.
- Vergi bəyannamələrinin (ƏDV, Mənfəət, ÖMV, Sadələşdirilmiş və s.) vaxtında və düzgün hazırlanaraq aidiyyatı orqanlara təqdim edilməsini təmin etmək.
- Bank əməliyyatlarına nəzarət etmək, debitor və kreditor borclarının uzlaşdırılmasını və uçotunu aparmaq.
- Kassa əməliyyatlarının uçotunu aparmaq və nəzarət etmək.
- Daxili maliyyə nəzarəti mexanizmlərinin təkmilləşdirilməsində iştirak etmək.
Tələblər:
- Müvafiq sahədə (Maliyyə, Mühasibat Uçotu, İqtisadiyyat) Ali Təhsil.
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi (İstehsalat, xüsusən də Kənd Təsərrüfatı və ya Taxılçılıq sahəsində təcrübə üstünlükdür).
- Azərbaycan Respublikası Vergi Məcəlləsi və əmək qanunvericiliyi üzrə biliklər üstünlükdür
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS/IFRS) üzrə biliklər üstenlükdür
- 1C Mühasibat Proqramında (xüsusilə istehsalat modulunda) və MS Office proqramlarında (xüsusilə Excel-də yüksək səviyyədə) işləmək bacarığı.
- Analitik düşüncə, detallara diqqət, məsuliyyətli və qərar vermə bacarığı.
- Komandada işləmək və gərgin iş şəraitinə uyğunlaşma qabiliyyəti.
İş şərtləri:
- ƏM-nə uyğun rəsmiləşdirilmə
- 5 günlük iş qrafiki
- Əmək haqqı: Razılaşdırılma
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.