Vəzifə öhdəlikləri:
- AutoCAD proqramında texniki çertyoj və planların hazırlanması;
- Mövcud layihələrə düzəlişlərin və yenilənmələrin edilməsi;
- Memar və mühəndislərin verdiyi tapşırıqlara əsasən rəsmi sənədlərin tərtibi;
- Layihə çertyojlarının normativ sənədlərə uyğun hazırlanması;
- Müxtəlif layihə mərhələlərində texniki komanda ilə koordinasiyalı işləmək;
- Sənədlərin düzgün arxivləşdirilməsi və saxlanılması
Tələblər:
- Texniki və ya mühəndislik sahəsində orta ixtisas və ya ali təhsil
- AutoCAD proqramında sərbəst işləmək bacarığı
- Oxunaqlı, dəqiq və normativlərə uyğun çertyoj hazırlamaq bacarığı
- MS Office proqramlarında işləmə bacarığı (xüsusilə Excel və Word)
- Diqqətli, məsuliyyətli və komanda ilə işləmə bacarığı
- Müvafiq sahədə minimum 1 il təcrübə üstünlükdür
İş şərtləri:
- ƏM-nə uyğun rəsmiləşdirilmə
- 5 günlük iş qrafiki
- Əmək haqqı 800 AZN (nett)
Uyğun olan namizədlərdən CV-ni vakansiyanın və şirkətin adı mövzu hissəsinə yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.