“AZERA Holding” MMC tərkibindəki klinikada Baş Həkimin müavini vakansiyasını elan edir.
İş haqqında məlumat:
- Müəssisədə tibbi xidmətin düzgün təşkili və keyfiyyətinə nəzarət.
- Şöbə müdirləri və həkim heyətinin fəliyyətini əlaqələndirmək
- Müalicə-diaqnostik proseslərin protokollara uyğun həyata keçirilməsini təmin etmək.
- Səhiyyə Nazirliyinin göstəriş və təlimatlarına uyğun fəaliyyət təşkil etmək
- Tibbi sənədlərin (xəstəlik tarixçəsi, epikrislər, jurnalları və.s ) düzgün aparılmasına nəzarət.
- Narkotik və psoxotrop dərmanların hərəkətinə nəzarət
- Xəstəlik vərəqlərinin imzalanması
- Vətəndaşların müraciətlərini araşdırmaq və cavablandırmaq
- Hüquq-mühafizə orqanlarından gələn sorğuları cavablandırmaq
- Tibbi statistikanın aparılması.
- Səhiyyə Nazirliyinə statistik məlumatların təqdim etmək (ay, illik)
- İnfeksion nəzarət tədbirlərin görülməsini təşkil etmək
- Nəsimi Rayon Gigiyena və Epidemiologiya mərkəzi ilə əlaqəli iş qurulması.
Tələblər:
- Ali tibb təhsili
- Səhiyyə idarəçiliyi, tibbi xidmətlərin təşkili
- Azərbaycan dili səlis, Rus dili üstünlükdür
- MC Ofiice proqramlarında sərbəst işləmək
- Araşdırmaq və yenilikləri təhlil etmək bacarığı
- Məsuliyyətli, analitik düşüncəli, liderlik və təşkilatçılıq bacarığı olan, ünsiyyətcil, etik davranış qaydalarına əməl edən, stressə davamlı
- Qadın- Kişi (30-55 yaş)
İş şərtləri:
- ƏM-nə uyğun rəsmiləşdirilmə
- 6 günlük iş qrafiki
- Əmək haqqı 2000 AZN
Uyğun olan namizədlərdən cv-ni vakansiyanın və şirkətin adını mövzu hissəsinə yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz, və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.