A Azera Holding
  • 1.1K

Azera Holding

Professional Services

Baş mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasib

  • Deadline 21 February 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Bank, gəlir-xərc, amortizasiya, sabit aktivlər, inventarlar, idarəetmə xərcləri, sığorta sənədləri və s. mühasibat sənədlərinə müntəzəm və vaxtında nəzarəti təmin etmək;
  • Restoranın sığorta əməliyyatlarını həyata keçirmək və bütün zərərlərin ödənilməsini təmin etmək;
  • Təchizatçılar və işçilər üçün ödəniş sənədlərinin hazırlanmasına nəzarət etmək;
  • 1C proqramında mühasibat hesabatlarının çıxarışını təmin etmək;
  • Bütün fakturaların alınması, razılaşdırılması, təsdiqlənməsi və hesab nömrələrinə qarşı yoxlanılması, bank köçürmələrinə nəzarət, qabaqcadan edilən sifarişlərə cavabdeh olmaq;
  • 1C proqramında hesabat prinsiplərinə uyğun aylıq, kvartallıq və illik hesabat dövrlərini bağlamaq və restoranın hesabatlıq sistemini koordinasiya etmək;
  • Restoranın müqavilə və fəaliyyətinə, korporativ xərclərin yerinə yetirilməsinə nəzarət etmək;
  • Restoranın müqavilələrini qüvvədə olan vergi qanunvericiliyinə və mühasibat uçotu normalarına uyğun olaraq nəzarətdə saxlamaq;
  • Mühasibat əməliyyatlarının standartlara və vergi qanunvericiliyinə uyğun aparılmasına nəzarət etmək;
  • Vergi, habelə digər dövlət orqanları üzrə aylıq, rüblük, illik hesabatların hazırlanmasını təmin etmək;
  • Vergi, eləcə də digər dövlət qurumları ilə əlaqə saxlamaq.

Tələblər:

  • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
  • Baş mühasib vəzifəsi üzrə ən azı 2 il iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  • Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikat PMS)
  • MS Office, 1C proqramlarında yüksək səviyyədə işləyə bilməli;

İş şərtləri:

  • Əmək haqqı: 2000 AZN ( NETT)
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.

Uygun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə elektron poçt ünvanına göndərməniz xahiş edilir.

  • Daily102
  • Weekly324
  • Monthly352