AZERA Holding tərkibində fəaliyyət göstərən Klinikada Direktor vakansiyası fürsəti!
Əsas vəzifə öhdəlikləri:
- Müəssisənin ümumi fəaliyyətinə rəhbərlik etmək
- Büdcə və maliyyə göstəricilərinə nəzarət, mənfəətliliyin təmin edilməsi
- İxtisaslı həkim heyətinin cəlb olunması və inkişafı
- Tibbi, inzibati və maliyyə proseslərin koordinasiyası
- Diaqnostika və müalicə proseslərinə nəzarət
- Struktur bölmələr üzrə yoxlamaların aparılması
- Aşkar olunan nöqsanların aradan qaldırılması
- Kadrların seçilməsi və yerləşdirilməsi
- Daxili intizam və əmək mühafizəsinə nəzarət
- Digər səhiyyə qurumları ilə əməkdaşlığın qurulması
- İllik hesabat və maliyyə balansının təsdiqi
Tələblər:
- Ali təhsil (idarəetmə üzrə təhsil üstünlükdür)
- Səhiyyə menecmenti və ya tibbin təşkili üzrə əlavə kurslar arzuolunandır
- Minimum 5 il səhiyyə sahəsində təcrübə (rəhbər vəzifədə təcrübə mütləqdir)
- Azərbaycan dili – əla, rus və ya ingilis dili – üstünlükdür
- MS Office və tibbi informasiya sistemləri üzrə biliklər
- Güclü liderlik, analitik düşüncə və qərarvermə bacarığı
- Yaş: 30+ (arzuolunandır)
- Cins: Fərq etmir
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək
Səhiyyə sahəsində strateji idarəetmədə yeni mərhələyə keçmək istəyirsinizsə, müraciət üçün CV-nizi “Direktor” mövzusu, şirkətin adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və komandamızın bir parçası olun!