İnsan resursları üzrə kiçik mütəxəssis

  • Истекает 28 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“Azera Holdingin” daxilində fəaliyyət göstərən “Baku Medical Plaza” Mərkəz filialına İnsan resursları üzrə kiçik mütəxəssis axtarılır.

Əsas vəzifə öhdəlikləri:

  • İşə qəbul prosesinin tam dövrü üzrə fəaliyyətin həyata keçirilməsində iştirak etmək;
  • Vakansiyaların yerləşdirilməsi və namizədlərin cəlb olunması;
  • Daxil olan CV-lərin ilkin qiymətləndirilməsi, uyğun namizədlərin seçilməsi və ilkin müsahibələrin təşkili;
  • Namizədlərlə davamlı və peşəkar kommunikasiyanın qurulması;
  • Müsahibələrin koordinasiyası və nəticələrin izlənilməsi;
  • Yeni əməkdaşların işə qəbul sənədlərinin hazırlanmasına dəstək göstərilməsi;
  • Əməkdaşların adaptasiya (onboarding) prosesinin təşkilində iştirak etmək;
  • İşçi məlumat bazasının və HR sənədlərinin dəqiq şəkildə idarə olunması;
  • Əmək haqqı hesablamalarının hazırlanması və digər HR fəaliyyətlərinin icrasında dəstək göstərilməsi;
  • Şirkətin daxili prosedur və qaydalarına uyğun HR əməliyyatlarının həyata keçirilməsi.

Namizədə tələblər:

  • Ali təhsil;
  • İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;
  • HR sahəsində əlavə təlim və sertifikatların olması üstünlükdür;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Güclü ünsiyyət və kommunikasiya bacarıqları;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.

İş şəraiti

  • Əmək haqqı: 600 AZN
  • Həftə içi 6 gün (6-cı gün qısaldılmış)

Mövzu hissəsində “İnsan Resursları üzrə kiçik mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly653
  • Monthly2406