KATAN Tekstil MMC Tekstil üzrə Merçendayzer vakansiyası üzrə namizəd axtarışındadır.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu
- Əmək haqqı: 700 AZN
- İş qrafiki: Tam iş günü
Vəzifə öhdəlikləri:
- Tekstil məhsullarının vitrin və satış sahəsində şirkətin vizual standartlarına uyğun yerləşdirilməsini təmin etmək;
- Yeni kolleksiya, kampaniya və endirim məhsullarının düzgün təqdimatını təşkil etmək;
- Məhsulların qiymət, barkod, ölçü və digər məlumatlarının düzgünlüyünə nəzarət etmək;
- Satış sahəsində məhsul ehtiyatını izləmək, çatışmayan məhsullar barədə məlumat vermək;
- Məhsulların səliqəli və estetik görünüşünü daim qorumaq;
- Mövsümi vitrin konseptlərinin hazırlanması və tətbiqində iştirak etmək;
- Müştəri tələbatını izləyərək rəhbərliyə təkliflər vermək;
- Marketinq, satış və anbar şöbələri ilə koordinasiyalı işləmək;
- Gündəlik və dövri hesabatları hazırlamaq.
Namizədə tələblər:
- Tam orta, orta ixtisas və ya ali təhsil (tekstil, ticarət və ya satış sahəsi üzrə təhsil üstünlükdür);
- Merçendayzinq, satış və ya pərakəndə ticarət sahəsində minimum 6 ay – 1 il iş təcrübəsi arzuolunandır;
- Təcrübəsi olmayan, öyrənməyə həvəsli namizədlərin də müraciətinə baxıla bilər;
- Azərbaycan dilini sərbəst bilmək (Rus dili biliyi üstünlükdür);
- MS Word və MS Excel proqramlarında işləmək bacarığı;
- Elektron poçt və mobil tətbiqlərdən istifadə bacarığı;
- Səliqəli, məsuliyyətli, diqqətli, punktual və komandada işləmək bacarığı;
- Estetik zövqə və vizual təqdimat bacarığına malik olmaq.
Şirkət təklif edir:
- Rəsmi əmək müqaviləsi;
- Stabil və uzunmüddətli iş imkanı;
- Peşəkar komandada inkişaf və karyera yüksəlişi;
- Korporativ iş mühiti;
Maraqlanan namizədlər CV-lərini "Tekstil üzrə Merçendayzer" mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.