Satış üzrə Bölgə Müdiri

  • Истекает 11 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“AZERA Holding”in tərkibində fəaliyyət göstərən “Vetart” MMC satış komandasına rəhbərlik edəcək, nəticəyönümlü və peşəkar Satış üzrə Bölgə Müdiri axtarır.

Əsas vəzifələr:

  • Bölgə üzrə satış planlarının hazırlanması və icrasının təmin edilməsi;
  • Satış komandasının idarə olunması, motivasiyası və fəaliyyətinə nəzarət;
  • Bazar araşdırmalarının aparılması, rəqib və müştəri ehtiyaclarının təhlili;
  • Müştəri portfelinin idarə olunması və yeni müştərilərin cəlb edilməsi;
  • Satış strategiyasının bölgə üzrə effektiv şəkildə həyata keçirilməsi;
  • Müştəri borclarının və debitor öhdəliklərinin nəzarətdə saxlanılması;
  • Korporativ müştərilərin cəlb edilməsi və satışın artırılması;
  • Aylıq satış planlarının hazırlanması və nəticələrin təhlili;
  • Satış, müştəri və maliyyə hesabatlarının hazırlanması;
  • Anbar sayımlarının və məhsul hərəkətinin nəzarətdə saxlanılması;
  • Aylıq satış və pul yığımının plan üzrə həyata keçirilməsinin təmin edilməsi;
  • Müştərilərlə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Satış və idarəetmə sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Satış komandasının idarə edilməsi və satış strategiyalarının hazırlanması üzrə praktiki təcrübə;
  • Analitik düşüncə, liderlik, güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Nəticəyönümlülük, məsuliyyətlilik və komandada işləmək bacarığı;
  • MS Office və CRM proqramları ilə işləmə bacarığı;
  • Azərbaycan dili səlis, rus dili yaxşı səviyyədə, ingilis dili biliyi arzuolunandır.

İş şəraiti:

  • İş yeri: Regiaonlar üzrə
  • Əmək haqqı: Müsahibə əsasında

Müraciət üçün: başlığa Satış üzrə bölgə müdiri CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Peşəkar komandanın bir parçası olmaq üçün müraciət edin!

  • Daily1
  • Weekly621
  • Monthly1097