Satış üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış üzrə mütəxəssis

  • Deadline 31 August 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“KATAN Tekstil” MMC üçün Satış üzrə Mütəxəssis vakansiyası elan edir

Vəzifə öhdəlikləri:

  • Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;
  • Müştəri bazasının genişləndirilməsi və bazar araşdırmalarının aparılması;
  • Aylıq və illik satış planlarının icrasını təmin etmək;
  • Satış göstəricilərini təhlil etmək və mütəmadi hesabatlar hazırlamaq;
  • Tekstil məhsullarının texniki xüsusiyyətləri və üstünlükləri barədə müştərilərə ətraflı məlumat vermək;
  • Məhsul təqdimatlarını keçirmək və kommersiya təklifləri hazırlamaq;
  • Müştərilərlə qiymət, təchizat və müqavilə şərtləri üzrə danışıqlar aparmaq;
  • Müştəri məmnuniyyətini təmin etmək, daxil olan müraciət və şikayətləri operativ şəkildə həll etmək;
  • İstehsalat, logistika və marketinq şöbələri ilə koordinasiyalı işləmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Namizədə tələblər:

  • İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketinq, Satış və ya digər əlaqəli ixtisas üzrə ali təhsil;
  • Satış sahəsində minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərində ünsiyyət bacarığı;
  • MS Office proqramlarını (Word, Excel, PowerPoint) yüksək səviyyədə bilmək;
  • Outlook, 1C proqramlarında işləmək bacarığı;
  • Excel-də Pivot cədvəllər və satış analizləri hazırlamaq bacarığı;
  • Google Analytics biliyi üstünlükdür;
  • Salesforce Certified Sales Professional və HubSpot Sales Certification sertifikatlarının olması üstünlük hesab olunur;
  • Analitik düşünmə, ünsiyyət və təqdimat bacarığı, məsuliyyətlilik və nəticəyönümlülük.

İş şərtləri:

  • Əmək haqqı: 500 AZN + satış bonusu
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Müddətli əmək müqaviləsi (1 il);
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
  •  İş yeri: Bakı şəhəri, Nərimanov rayonu

Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində "Satış üzrə mütəxəssis" qeyd etməklə müvafiq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily1
  • Weekly553
  • Monthly15