“AZERA Holding” MMC Təchizat üzrə mütəxəssis vakansiyasını elan edir.
İş barədə məlumat:
- Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün ən rəqabətə davamlı qiymətləri əldə etməklə, Şirkətin xərclərinin minimuma endirilməsini təmin etmək;
- Tədarük prosesində ən sərfəli qiymətləri əldə etmək üçün rəqabətə davamlı kommersiya təklifləri əldə etmək və danışıqları inadkarlıqla davam etdirmək;
- Departament rəhbəri və müavininin, departamentlərin material və qeyri-material ehtiyatlarının istehlakı ilə əlaqədar nəzərdə tutulmayan və ya gözlənilməz xərclər haqqında məlumat vermək və bu cür xərcləri minimuma endirmək məqsədi ilə məhsulların təchizatı üçün alternativ mənbələri nəzərə alaraq, müvafiq tədbirlərin görülməsini tövsiyə etmək;
- Material ehtiyatları, nominal anbarlar, standart sorğu adları, tədarük siyahısı, eləcə də alış sifarişləri və ölçü vahidlərini hazırlamaq;
- Departament rəhbəri tərəfindən verilən təlimata əsasən sifarişlər vermək və tədarük prosesində iştirak etmək;
- Departamentin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər tövsiyə etmək;
Namizədə tələblər:
- Təhsil: Ali təhsil
- Bəy namizəd
- Dil bilikləri: Azərbaycan dili səlis, rus dili orta, İngilis dili mütləqdir.
- Kompyuter bilikləri: MS Office proqramlarında işləmək bacarığı.
- İş təcrübəsi: Müvafiq sahədə minimum 3-5 il.
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət, planlama və analiz bacarığı;
- Xarici satınalımları mütləq bilməlidir.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- 5 günlük iş qrafiki.
- Əmək haqqı: 1200 AZN
Uygun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməniz xahiş edilir.