Azera Holding Azera Holding
  • 536

Təchizat üzrə Mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Təchizat üzrə Mütəxəssis

  • Истекает 21 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“Azera Holding” komandamıza peşəkar və nəticəyönümlü “Təchizat üzrə Mütəxəssis”axtarırıq. Əgər satınalma və təchizat sahəsində təcrübəniz varsa, dinamik komandada çalışmağa hazırsınızsa, sizi komandamıza qoşulmağa dəvət edirik.

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin daxili prosedurlarına uyğun satınalma prosesinin tam dövrünü idarə etmək;
  • Tender və qiymət sorğularını təşkil etmək və nəticələri qiymətləndirmək;
  • Təchizatçıların seçilməsi, müqayisəsi və qiymətləndirilməsini həyata keçirmək;
  • Xarici satınalma əməliyyatlarını idarə etmək;
  • Müqavilə layihələrinin hazırlanmasına və icrasına nəzarət etmək;
  • Avadanlıq və xammal üzrə tender proseslərini tam şəkildə aparmaq;
  • Tender sənədlərini hazırlamaq, təqdim etmək və təsdiq proseslərini koordinasiya etmək;
  • Bazar araşdırmaları aparmaq və xərclərin optimallaşdırılması üzrə təkliflər vermək;
  • Satınalma risklərini qiymətləndirmək və idarə etmək;
  • Rəhbərlik üçün analitik hesabatlar hazırlamaq.

Tələblər:

  • Ali təhsil;
  • Təchizat / satınalma sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Rus və İngilis dili biliyi üstünlükdür;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Analitik düşüncə və danışıqlar aparmaq bacarığı;
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.

Biz təklif edirik:

  • Peşəkar inkişaf imkanı;
  • Stabil və perspektivli iş mühiti;
  • Karyera yüksəlişi imkanları;
  • Rəqabətli əmək haqqı paketi.
  • Əmək haqqı: 1500 Azn

İş yeri: Bakı şəhəri

CV-lərinizi “Təchizat üzrə Mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

“Azera Holdingin”– Güclü komandanın bir parçası olun!

  • Daily0
  • Weekly635
  • Monthly2019