Tekstil üzrə Merçendayzer

  • Истекает 8 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“AZERA Holdinq”in tərkibində fəaliyyət göstərən “KATAN Tekstil” MMC Tekstil üzrə Merçendayzer vəzifəsinə məsuliyyətli, diqqətli namizədləri komandamıza dəvət edir.

Əsas vəzifələr

  • Tekstil məhsullarının vitrin və satış sahəsində şirkətin vizual standartlarına uyğun yerləşdirilməsini təmin etmək;
  • Yeni kolleksiyaların, kampaniyaların və endirimli məhsulların düzgün və cəlbedici təqdimatını təşkil etmək;
  • Məhsulların qiymət, barkod, ölçü və digər məlumatlarının düzgünlüyünə nəzarət etmək;
  • Satış sahəsində məhsul ehtiyatlarını izləmək və çatışmayan məhsullar barədə aidiyyəti şəxslərə məlumat vermək;
  • Məhsulların səliqəli və estetik görünüşünü daim qorumaq;
  • Mövsümi vitrin konsepsiyalarının hazırlanması və tətbiqində iştirak etmək;
  • Müştəri tələbatını və satış tendensiyalarını izləmək, müvafiq təkliflər hazırlamaq;
  • Marketinq, satış və anbar şöbələri ilə koordinasiyalı əməkdaşlıq etmək;
  • Gündəlik və dövri hesabatları hazırlamaq.

Namizədə dair tələblər

  • Tam orta, orta ixtisas və ya ali təhsil; tekstil, ticarət və ya satış sahəsində təhsil üstünlükdür;
  • Merçendayzinq, satış və ya pərakəndə ticarət sahəsində 6 ay – 1 il iş təcrübəsi arzuolunandır;
  • Müvafiq iş təcrübəsi olmayan, lakin öyrənməyə və inkişaf etməyə həvəsli namizədlərin də müraciətləri nəzərdən keçirilir;
  • Azərbaycan dilini sərbəst bilmək; rus dili biliyi üstünlükdür;
  • MS Word və MS Excel proqramlarında işləmək bacarığı;
  • Elektron poçt və mobil tətbiqlərdən istifadə bacarığı;
  • Səliqəli, məsuliyyətli, diqqətli və punktual olmaq;
  • Komandada işləmək bacarığı;
  • Yüksək estetik zövqə və vizual təqdimat bacarığına malik olmaq.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu
  • Əmək haqqı: 700 AZN
  • İş qrafiki: Tam iş günü
  • Əmək müqaviləsi: Rəsmi əmək müqaviləsi

Şirkət təklif edir

  • Rəsmi əmək müqaviləsi;
  • Stabil və uzunmüddətli iş imkanı;
  • Peşəkar komandada inkişaf və karyera yüksəlişi imkanları;
  • Korporativ və rahat iş mühiti.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Tekstil üzrə Merçendayzer” qeyd etməklə, elanda “Müraciət et” düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily20
  • Weekly383
  • Monthly863