“AZERA Holding” Təsərrüfat Fəaliyyətinin İdarə Olunması Departamentinin rəhbəri vakansiyasını elan edir.
Vəzifə Öhdəlikləri
- Təsərrüfat Fəaliyyətinin İdarə Olunması Departamentinin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
- Departamentin fəaliyyət istiqamətləri üzrə iş planlarının hazırlanmasını və icrasını təmin etmək;
- Holdinqin və ona tabe olan şirkətlərin təsərrüfat fəaliyyətinin effektiv təşkili üzrə qərarlar qəbul etmək;
- Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı prosedur və iş proseslərinin hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
- Departament əməkdaşları arasında iş bölgüsünü aparmaq, fəaliyyətlərini əlaqələndirmək və icraya nəzarət etmək;
- Tabeliyində olan əməkdaşların əmək, icra və xidmət intizamına riayət etməsinə nəzarət etmək;
- Təsərrüfat fəaliyyətinin effektivliyi və mövcud problemlərin həlli ilə bağlı digər struktur bölmələrlə koordinasiyanı təmin etmək;
- Təsərrüfat fəaliyyətinin nəticələri üzrə hesabatların hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək;
- Mövcud təsərrüfat proseslərinin təkmilləşdirilməsi və xərclərin optimallaşdırılmasına nəzarət etmək,
- Anbarlara nəzarət və idarəetmənin təşkil etmək
- İşçi qüvvəsi və maddi resurslardan səmərəli istifadəni təmin etmək;
- Departamentin fəaliyyətinə dair məsələləri rəhbərliyin müzakirəsinə təqdim etmək və müvafiq təkliflər vermək;
- Departamenti aidiyyəti məsələlər üzrə təmsil etmək;
- Təsərrüfat fəaliyyətində yaranan operativ problemləri müəyyən etmək və onların həlli üzrə tədbirlər görmək;
- İstifadədə olan əmlak, avadanlıq və digər mal-materialların qorunmasına və səmərəli istifadəsinə nəzarət və təşkil etmək;
- Təsərrüfat fəaliyyətinə aid proqram təminatlarında məlumatların vaxtında və düzgün qeyd edilməsini təmin etmək;
- Elektron sənəd dövriyyəsi, 1C və digər korporativ sistemlər üzrə müvafiq məlumat və sənədlərin idarə olunmasını təmin etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə icrasını təmin etmək;
- Yeni əməkdaşların işə uyğunlaşması və fəaliyyətə cəlb olunması prosesində dəstək göstərmək;
- Departament əməkdaşlarının peşəkar inkişafına və təcrübə mübadiləsinə şərait yaratmaq.
Tələblər:
- Ali təhsil 0 Təsərrüfat fəaliyyətinin idarə edilməsi, Logistika, İqtisadiyyat, Biznesin idarə edilməsi, Menecment, Maliyyə və ya əlaqəli ixtisaslar üzrə təhsil üstünlükdür.
- İdarəetmə, təsərrüfat və tikinti fəaliyyətinin təşkili, satınalma, logistika, əməyin mühafizəsi, inzibati idarəetmə və ya layihələrin idarə edilməsi üzrə əlavə təlim və sertifikatların olması üstünlükdür.
- Uyğun sahədə ən azı 5 il iş təcrübəsi. Təsərrüfat, tikinti, inzibati idarəetmə, logistika, satınalma və ya digər əlaqəli sahələrdə rəhbər vəzifədə iş təcrübəsi üstünlükdür
- Azərbaycan dili – mükəmməl;
- Rus dili –üstünlükdür;
- İngilis dili – üstünlükdür.
- MS Office proqramları;
- 1C və digər ERP sistemləri;
- Elektron sənəd dövriyyəsi sistemləri;
- Rəsmi hesabatların hazırlanması və təqdim edilməsi
- Digər korporativ proqram təminatlarından istifadə bacarığı.
- Güclü idarəetmə və liderlik bacarığı;
- Yüksək məsuliyyətlilik;
- Təşkilatçılıq və planlaşdırma bacarığı;
- Analitik düşüncə;
- Operativ qərarvermə qabiliyyəti;
- Nəticəyönümlülük;
- Güclü kommunikasiya bacarığı;
- Komandanı idarə etmək və iş bölgüsü aparmaq bacarığı;
- Problem həll etmə bacarığı;
- Stressə davamlılıq;
- İntizamlılıq və detallara diqqət.
İş şərtləri:
- ƏM-nə uyğun rəsmiləşdirilmə
- Əmək haqqı: Razılaşdırılma əsasında
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.