Videoqraf

  • Истекает 21 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

AZERA Holding daxilində fəaliyyət göstərən Baku Medical Plaza Babək filialına komandamıza yaradıcı düşüncəyə malik, peşəkar çəkiliş və montaj bacarıqları olan  Videoqraf axtarır.

Əsas vəzifə öhdəlikləri

  • Tədbir, müsahibə, reklam və sosial media layihələri üçün video və foto çəkilişlərinin həyata keçirilməsi;
  • Çəkilmiş materialların montajı və keyfiyyətli video kontentin hazırlanması;
  • Sosial media platformalarına uyğun kreativ video materialların hazırlanması;
  • Çəkiliş prosesinin planlaşdırılması, işıqlandırma və kadr kompozisiyasının düzgün qurulması;
  • Hazırlanan materialların müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsi.

Namizədə tələblər

  • Minimum 2 il müvafiq sahə üzrə iş təcrübəsi;
  • Adobe Premiere Pro, Adobe After Effects və digər montaj proqramları ilə işləmək bacarığı;
  • Peşəkar kamera, işıq sistemi və çəkiliş avadanlıqlarından istifadə bacarığı;
  • Foto və video çəkiliş texnikaları üzrə biliklər;
  • Kreativ düşüncə, vizual zövq və detallara diqqət;
  • Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;
  • Rus və ingilis dili bilikləri arzuolunandır;
  • Komandada işləmək və tapşırıqları vaxtında icra etmək bacarığı.

İş şəraiti

  • İş yeri: Baku Medical Plaza – Babək filialı
  • İş qrafiki: Həftə içi 09:00–18:00, şənbə 09:00–14:00
  • Əməkhaqqı: 1700 AZN

Maraqlanan namizədlər CV-lərini və hazırladıqları işlərdən ibarət portfoliolarını mövzu hissəsində “Videoqraf” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

Peşəkar komandanın bir hissəsi olmaq üçün müraciət edin!

  • Daily51
  • Weekly383
  • Monthly1802