Vəzifə funksiyaları:
- “Azəralüminium” MMC-yə aid məlumatların effektiv şəkildə toplanması, saxlanması və istifadəsini təmin etmək üçün məlumatların idarə olunması prosedurlarını həyata keçirmək;
- Rəhbərliyin məlumatlara əsaslanan qərarlar qəbul etməsinə kömək etmək üçün data analitikası alətləri və metodları tətbiq etmək;
- Məlumatların qərarvermə üçün səmərəli və başa düşülən şəkildə təqdim olunmasını təmin etmək üçün vizuallaşdırma alətlərindən istifadə edərək məlumatları effektiv şəkildə çatdırmaq;
- Müxtəlif məzmunlu məlumatlar (maliyyə, satınalma, satış və s.) üzərində analitik təhlillərin aparılması, əsas məqamların müəyyən edilməsi və onların həlli istiqamətində təkliflərin verilməsi;
- Bazar araşdırmaları və benchmarking fəaliyyətləri həyata keçirməklə, şirkətin mövcud vəziyyətini oxşar beynəlxalq və yerli şirkətlərlə müqayisə etmək;
- Ən yaxşı təcrübələrin (best practices) araşdırılması və tətbiqi məqsədilə tədqiqatlar aparmaq və rəhbərliyə təkliflər təqdim etmək;
- Məlumat axınının operativ şəkildə təmin olunması məqsədilə müvafiq struktur bölmələrlə sıx əməkdaşlıq qurmaq və sinergiya yaratmaq;
- İşgüzar yazışmalar aparmaq və daxil olan sorğulara cavab vermək.
Namizədə dair tələblər:
- Əlaqəli sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və ya data analitikası üzrə ali təhsil;
- Fərqli sənaye göstəricilərinin tətbiqi ilə maliyyə təhlilləri apara bilmək;
- Maliyyə hesabatları və mühasibatlıq prinsipləri haqqında məlumatlı olmaq;
- Data analitikası və vizuallaşdırma üzrə müxtəlif proqramlarda (xüsusilə, Power BI.) səlis işləmək bacarığı;
- Müvafiq sahə üzrə müxtəlif sertifikatlara malik olan şəxslərə üstünlük verilir;
- Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
- Operativlik, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzuda “Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi” qeyd etməklə göndərə bilərlər.